Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azneft dairəsində daha bir dairə yaradılır

Bakıda iyunun 17-19-da keçiriləcək “Formula-1” Avropa Qran-Prisi ilə əlaqədar hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı, trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılır.

Sonuncu tribunanın – Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən virtualaz.org-a daxil olan məlumatda bildirilib.

Məlumata görə, tribunanın quraşdırılması ilə bağlı iyunun 1-dən 2-ə keçən gecə saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq.

Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, iyunun 14-21-də Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident “Azərienerji”ni ləğv etdi

%d bloqqer bunu bəyənir: