Now Reading:
“Azercell”in bağlanması xəbəri ilə bağlı – RƏSMİ AÇIQLAMA
Full Article 50 second read

“Azercell”in bağlanması xəbəri ilə bağlı – RƏSMİ AÇIQLAMA



Azercell şirkəti bağlanması ilə bağlı yazılanlara aydınlıq gətirib.

Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya Milli.Az-a bildirib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir: “Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abunəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır”.

N.Şıxlinskaya deyib ki, hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: