Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62984

Azay Quliyev Monteneqro seçkiləri ilə bağlı ATƏT PA-nın rəsmi rəyini açıqladı

“Montenegra xalqı demokratiya və sabitliyə səs verdi, lakin….”

ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri Azay Quliyev bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən mətbuat konfransında 16 oktyabr Parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib. Bu barədə Monteneqronun tanınmış KİV təmsilçisi dan.co.meməlumat yayıb.

Məlumatda deyilir ki, Azay Quliyev ATƏT PA-dan 50-yə yaxın şəxsin seçkiləri müşahidə etdiyini və seçkilərin nəticəsinə təsir edə biləcək ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib.“Seçkilərdə Monteneqro xalqı demokratiyaya və sabitliyə səs verdivə bu istiqamətdə qətiyyətli iradə nümayiş etdirdi. Ölkə vətəndaşları seçkilər zamanı alternativ və geniş seçim imkanı əldə etdilər. Lakin bununla yanaşı hesab edirəm ki, seçkilərin idarəedilməsində və medianın peşəkar fəaliyyətinin təmin olunmasında bir sıra problemlər yaşandı”-deyə ATƏT PA seçki müşahidə missiyasının rəhbəri fikirlərini çatdırıb.

Seçki idarəedilməsi haqda daha ətraflı danışan Azay Quliyev xüsusi olaraq qeyd edib ki, Dövlət Seçki Komissiyası (DSK) bütün hüquqi prosedurların ardıcıllığına riayət edib. Lakin DSK-nın səlahiyyətlərinin genişləndirilməsinə baxmayaraq, seçkilərin təşkil olunmasında rəhbərlik səviyyəsində gözlənilən peşəkarlıq nümayiş olunmamışdır.

Azay QuliyevMonteneqronun media mühiti haqda deyib ki, plüral və müxtəlif mövqelərin əks olunduğuna baxmayaraq, mediada siyasi qütbləşmə mövcuddur. “Dərc olunan materiallarda araşdırmaçı yazıların və müəllif müstəqilliyinin azlığı hiss edilir. Bu səbəbdən də oxucular daha keyfiyyətli məlumatların əldə olunmasında çətinlik çəkirlər”.

Azay Quliyev gənclərin seçki aktivliyindən məmnunluq ifadə edib: “Mən, dünən çoxlu sayda gəncin seçki məntəqələrindəboyük həvəslə, aktiv iştirakını gördüm və bundan məmnunluğumu bildirmək istərdim. Hesab edirəm ki, gənclərin aktiv iştirakı olkələrinin demokratik inkişafında mühüm rolu olacaqdır”.

Çıxışının yekununda ATƏT PA missiya rəhbəri göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə Monteneqro xalqına və ölkə rəhbərliyinə dərin və səmimi minnətdarlığını bildirib.

Sonda Azay Quliyev jurnalistləri maraqlandıran suallara cavab verib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

PA rəsmisi: “Qarabağ münaqişəsi hər an qaynar müharibəyə səbəb ola bilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: