Azarkeşi vurdu, həbs edildi – VİDEO


Çilinin “Audax İtaliano” klubunun futbolçusu Sebastian Pol həbs edilib.

Qol.az-ın məlumatına görə, buna argentinalı futbolçunun azarkeşi vurması səbəb olub.

Onun komandası Çili çempionatının X turunda səfərdə “Universidad Katolika”ya 1:4 hesabı ilə məğlub olub.

Meydanı tərk edərkən Sebastian Pol qəflətən tribunaya qalxıb və rəqib azarkeşlərdən birini təpiklə vurub. O, bu hərəkətinə görə dərhal polislər tərəfindən həbs olunub.

Xatırladaq ki, “Neftçi”nin futbolçusu Katalin Tira “Qarabağ”la oyunda meydana daxil olan azarkeşi vurmuşdu. Buna görə paytaxt klubu rumıniyalı hücumçunu qovub.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Silahlı insident baş verdi – Ölən və yaralananlar var

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: