Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

AZAL Türkiyəyə ikinci təyyarəni göndərməyə hazırlaşır

“Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri Vətənə gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır”.24saat.org  xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

 

O bildirib ki, Türkiyədə baş verən hadisə ilə əlaqədar ləğv olunan aviareyslərə görə İstanbulda qalan sərnişləri Bakıya gətirmək üçün növbəti təyyarə göndərilir.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

Modern.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Hulusi Akar necə girov götürülməsindən danışdı

%d bloqqer bunu bəyənir: