24 saat

AZAL özəlləşdirilə bilər


Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir.

Bu barədə Komitənin “Mülkiyyət” qəzeti yazıb.

Məlumata görə, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin, iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekununa dair iclasında Prezident İlham Əliyev bəzi sahələrin özəlləşdirilməsi barədə tapşırıqlar vermişdi.

(fins.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: