“Azadlıq”ın bölgə müxbiri Bakı polisinə aparıldı


“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli noyabrın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb və saat 19 radələrində sərbəst buraxılıb.

Onu BŞBPİ-də bölgə müxbiri kimi göstərdiyi fəaliyyət, o cümlədən feysbuk fəaliyyəti, “Azadlıq”ın baş redaktoru və “TuranTV”nin rəhbəri Qənimət Zahidlə şəxsi əlaqələri barədə sorğu-suala tutublar.

Z.Əsədli Biləsuvar rayonunda yaşayır.

“Azadlıq” qəzeti bölgə müxbirinin polisə aparılıb şəxsi və ictimai fəaliyyəti ilə bağlı sorğu-sual edilməsini qətiyyətlə pisləyir, bunu azad söz basqının daha bir əlaməti kimi qiymətləndirir.

Xatırladaq ki, Z.Əsədli həm də AXCP Biləsuvar şöbəsinin fəalıdır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Məktəb direktoru onu hədələyən polisi necə susdurdu? – AUDİO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: