Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azad İsazadə: “Bu yazılar ordumuzu daha güclü görmək istəyindən irəli gəlib”

“Bizdə media hər zaman daha çox hərbi məmurları hədəf alıb”

Son vaxtlar dünyanın bəzi ölkələrində ordunun nüfuzunu qorumaq, Silahlı Qüvvələr haqqında mətbuatda, sosial şəbəkələrdə neqativ fikirlərin səslənməsinin qarşısını almaq üçün qanunvericilik səviyysində ciddi addımlar atılmaqdadır. Bu qanunlar ordu haqqında təhqiredici fikir səsləndirən şəxslərin ağır maddi cərimələrə məruz qoyulması ilə yanaşı, həm də bir neçə il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutur.
Azərbaycanda da ordunun nüfuzunu qorumaq üçün ordu haqqında təhqir səsləndirən şəxslərin həbs edilməsi məsələsi gündəmə gələ bilərmi? Qanunvericilikdə bununla bağlı hansısa dəyişiklik etməyə ehtiyac varmı?
24saat.org-a açıqlama verən hərbi ekspert Azad İsazadə mövcud qanunvericiliyin bu cür halların qarşısının alınması üçün yetərli olduğunu vurğuladı:
“Mövcud qanunvericilik Azərbaycan ordusunun nüfuzunu kifayət qədər qoruyur. Nüfuz şərti bir anlayışdır. Bu, daha çox hərbi sirrə, məxfiliyə aid olan bir məsələdir. Bu isə qanunvericilikdə kifayət qədər qorunur.
Azərbaycan ordusunun nüfuzuna zərər vuran yazılara nadir hallarda rast gəlinirdi. Bu cür məlumatlar olanda isə orada ordunun nüfuzundan deyil, hansısa hərbi məmurlardan, bu məmurların yaratdığı neqativ hallardan bəhs olunurdu. Yəni konkret olaraq ordumuzun nüfuzuna xələl gətirmirdi. Sadəcə olaraq, bu yazılar ordumuzu daha güclü görmək istəyindən irəli gəlirdi. Buna görə də, hesab edirəm ki, ordunun nüfuzunu qorumaq məqsədi ilə məxsusi olaraq qanunun qəbul edilməsinə ehtiyac yoxdur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyevə generaldan şikayət

%d bloqqer bunu bəyənir: