Loading...
Loading...

AzərTAC Ərdoğanın çıxışını özbaşına ixtisar edə bilərmi?

Arif Əliyev: «Dövlətlərarası münasibətlərə təsir edən məsələlər və dövlət rəhbərinə aid olan məsələləri AzərTAC yalnız Prezident Administrasiyası ilə məsləhətləşmiş şəkildə verir»

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan 25-27 aprel tarixlərində “Inklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən 7-ci Qlobal Forumda dolayısı ilə Rusiya prezidenti Vladimir Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb.

O qeyd edib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var. Türkiyə prezidenti vurğulayıb ki, bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşıyır və Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Ərdoğan fikirlərini belə qətiləşdirib: “Onlar öz xalqını bombalayırlar”.

Türkiyə KIV-inin tədbirdən verdikləri materialda Ərdoğanın məhz bu fikirləri qabardılsa da, Azərbaycanın rəsmi informasiya agentliyi olan “Azərtac” Ərdoğanın çıxışının həmin hissəsini kəsib. Rəsmi qəzetlər də “Azərtac”dan götürdükləri materialı tirajlayıb.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Türkiyə prezidentinin Rusiya prezidenti barədə fikirlərinin Azərbaycanın rəsmi mediası tərəfindən senzuraya məruz qalmasına münasibət bildirib. O, “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan prezidenti də daxil olmaqla, prezidentlərin iştirak etdiyi o cür tədbirlərdən materialları “Azərbaycan” qəzetinə AzərTAc-Dövlət Informasiya Agentliyi göndərir. Bu agentliyin müxbirlər qrupu tədbirdən material işlənib hazırlanır və onların hazırladıqları material olduğu kimi qəzetdə dərc edilir: “Yəni biz AzərTAc-dan göndərilən materialların üzərində işləmirik, onu ixtisar etmirik. Konkret olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Ərdoğanın çıxışı ilə bağlı da AzərTAC-dan bizə nə gəlibsə, biz də onu dərc etmişik. Biz dünya dağılsa da o materialı ixtisar etmərik”.

Maraqlıdır, görəsən, sözügedən ixtisarı AzərTAC özbaşına edə bilərmi?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Azadlıq”a açıqlamasında söyləyib ki, dövlətlərarası münasibətə, hətta dövlət rəhbərlərinə aid olan məsələləri AzərTAC Prezident Administrasiyası ilə məsləhətləşmiş şəkildə verir: “Bu, uzun illər belə olub və indi də belədir. Hansı şəkildə göndərilsə də, dövlətlərarası münasibətlərə təsir edən məsələlər və dövlət rəhbərinə aid olan məsələləri dövlət agentliyi, yəni AzərTAC yalnız Prezident Administrasiyası ilə məsləhətləşmiş şəkildə verir. Bu bir qaydadır”.(azadliq.info)

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ Kremlə qarşı anti-işğal qanunu hazırlayır – Azərbaycan uduşda

%d bloqqer bunu bəyənir: