Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərsu”ya qarşı 50 min manatlıq təzminat iddiası

“Azərsu” Səhmdar Cəmiyyətindən şikayətçi olan torpaq mülkiyyətçilərinin iddiası üzrə iş 5 ilə yaxındır ki, davam edir. Qəbələdən olan mülkiyyətçilər səhmdar cəmiyyətdən 50 min manatdan artıq təzminat tələb edirlər.

Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev deyib.

A.Quliyev bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəməri 6 ildir istifadəyə verilsə də, mülkiyyətçilərə dəyən zərər indiyədək ödənilməyib. “Məhkəmə “Azərsu”nun müxtəlif bəhanələri ilə uzadılır. Halbuki mülkü iddia ən geci 6 aya qədər bitməlidir. Məhkəmə araşdırmaları, ekspertlərin rəyi kəmərin keçdiyi ərazilərdə torpaq mülkiyyətçilərinə zərər vurulduğunu təsdiqləyir”, – deyə vəkil əlavə edib.

5 torpaq mülkiyyətçisinin hər birinin iddia tələbləri müxtəlifdir. “Əvvəlki şikayətçilərin iddiası təmin edilib və “Azərsu” təzminat ödəyib. Hazırda isə qurum təzminat ödəmək istəmir. 1 mülkiyyətçinin işi aprel ayında yekunlaşıb. Qanuna görə iş yekunlaşandan ən çoxu 3 günə qərar elan olunmalıdır. Üstündən 4 ay keçib, amma qərar hələ də açıqlanmır”, – vəkil qeyd edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanlı gənc bir dəqiqəyə 20 min söz oxuyur – VİDEO

%d bloqqer bunu bəyənir: