Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərsunun növbəti milyonlar fırıldağı və prezidentə söylənən yalanlar – VİDEOLAR

Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şikayətçi Mayılova Minayə Seyidaga qızı redaksiyamıza şikayət məktubu göndərib. O, cumhuriyyet.az-a bildirir ki, 9 ilə yaxındır ki, Göyçay rayonunda mülkiyyətində olan torpaq sahəsi “Azərsu” ASC tərəfindən qeyri qanuni olaraq ələ keçirib. Şikayətçi bildirir ki, 2007-ci ildə “Azərsu” ASC öz anbar və binalarını inşa etdirmək üçün onun və başqa şəxslərin torpaqlarını zəbt edib. Bir neçə sahibkarın ərazisinin işğal olunması ilə nəticələnən bu proses isə “Azərsu”nun 12 milyon manatlıq talama oyunun bir hissəsidir. “Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur”.
Onu da bildirək ki, sözügedən layihə ölkə rəhbərinbə şəxsən Azərsu prezidenti Qorxmaz Hüseynoc tərəfindən təqdim olunub. Belə ki, 06 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Göyçay şəhərinə təmiz içməli suyun verilməsinə başlanılması ilə bağlı mərasim keçirilmişdir. Amma sözügedən layihə ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar onu göstərir ki, əslində çox böyük qanunsuzluğa və maxinasiyalara imza atılıb. “Azərsu” ASC tərəfindən ölkə prezidenti İlham Əliyev bir neçə dəfə aldadılıb. Yəni ölkə prezidentinin 12 fevral 2010-cu ildə Göyçaya ilk səfəri zamanı ona Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən işlər bağlı yalan məlumat verilərək Göyçayda formal xarakterli açılış tədbiri təşkil olunmuşdur.
Belə ki, ölkə başçısı lent kəsdikdən sonra düyməni basmaqla Göyçay sakinlərinin su təchizatı ilə bağlı problemlərinin aradan qaldırılmasına start vermiş olsa da, həmin gündən etibarən Göyçaylılar 2 il su üzünə həsrət qalmalı olmuşdular. Hansı ki, həmin layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 12 000 000 manat vəsait ayrılmışdır. Bu layihə ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı ortaya ilginc nəticələr ortaya çıxıb. Orada ölkə başçısına məruzə olunmuşdur ki, guya 2010-cu ildə icrası başa çatmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq “Göyçay Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) üçün zəruri maşın və mexanizmlər alınmış, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılmış, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı inşa edilmişdir. Eyni zamanda yeni laboratoriya binası, nasos stansiyası tikilmiş, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilmişdir. Bununla yanaşı “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilmişdir. Ümumilikdə bu günə qədər layihə üzrə işlərin 25 faizi icra edilmişdir. Göyçay şəhərinin su təchizatı sistemi yenidən qurulduqdan sonra 40 minə qədər şəhər sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
İkinci dəfə isə ölkə başçısı 06 oktyabr 2015-ci ildə Göyçaya səfər edərkən “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasına 2012-ci ildə başlanıldığı barədə məlumat verilmiş və ona doğru olmayan bir çox işlər məruzə edilmişdir. Guya ki, u mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulub. Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir. Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.
Bütün göstərilənlərə baxmayaraq cavabdeh şirkət və “Azərsu” ASC məsələnin heç 50 faizini həyata keçirməmiş ölkə başçısına tələsərək br çox işlərin görüldüyünü və növbəti ildə bütün işlərin tamamlanacağını bildirməklə özlərini sığortalamış olublar. Hal-hazırda minlərlə ailə su və kanalizasiyadan istifadə etmək imkanından məhrum olub.
Bir vaxt məlumat verilmişdir ki, Türkiyənin “ATİNAK” şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olmuş və həmin şirkətlə “Azərsu” ASC arasında müqavilə imzalanmışdır. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılmalı, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulmalı idi. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanmalı və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulmuşdur..
Göründüyü kimi 2013-cü ilin ortasına qədər həll olunmalı layihə 2016-cı ilin iyun ayına qədər öz həllini tapmamışdır. Bunun da başlıca səbəblərindən biri dövlət büdcəsindən ayrılmış 170 milyon ABŞ dollarının düzgün sərf edilməməsi və bir hissəsinin mənimsənilməsi faktıdır.
Qeyd edək ki, ölkə başçısı hələ də məlumatsızdır ki, 2 dəfə açılışına gəldiyi yerdə olan anbar və digər tikililərin sökülməsi ilə bağlı artıq məhkəmə qətnamələri mövcuddur. Artıq həmin qətnamələrdən birinin icrasına başlanılıb, digəri isə yaxın vaxtda icra olunmalıdır. Göyçay rayon məhkəməsi iddia tələbimizi təmin edərək Göyçay rayonu Potu kənd ərazisində “Azərsu” ASC tərəfindən inşa edilmiş “özbaşına tikililərin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi” barədə müxtəlif vaxtlarda 2 qətnamə çıxarıb. Həmin qətnamələrdən biri kassasiya instansiyasına qədər gedib çıxmış və qanuni qüvvəsini almışdır.
Bir müddət əvvəl sahibkar Mayılova Minayə mətbuat vasitəsilə ölkə başçısına belə bir məzmunlu müraciət göndərmişdir: Başıma gələnlər “Azərsu” ASC-nin 12 milyon manatlıq talama oyunun bir hissəsidir: “Bu qurum indiyədək həyata keçirdiyi qanunsuz işlərini və talançılıqlarını ört-basdır etməyə 5 milyon manat rüşvət paylayıb. Belə bir məbləğdə rüşvət verməkdən çəkinməyən “Azərsu” ASC ilə hansı formada və nəyin mübarizəsini apara bilərəm? “Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur. Ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm ki, cavabdeh şəxslərdən bu talançılıqlarının hesabının sorulması üçün göstəriş versin. “Azərsu”dan soruşulsun ki, dövlət başçısının sərəncamıma əsasən ayrılmış pullarla qurum nə üçün özlərinə torpaq sahəsi almayıb və vətəndaşların mülkiyyətini zəbt etməklə orada anbar və digər obyektlər tikiblər? “
Digər tərəfdən Həsənova Elmira Nuralı qızı da öz növbəsində bir çox aidiyyatı orqanlara müraciət edərək Göyçay şəhəri, Potu kəndi ərazisində yerləşən 1.749 ha torpaq sahəsinin Göyçay rayonu Aqrar İslahat Komissyasının 1998-ci il 21 iyul tarixli 39 nömrəli qərarı ilə onun, Həsənov Fikrət Əsgər oğlunun, Həsənova Nəzakət Əsgər qızının, Həsənova Sədaqət Əsgər qızının və Həsənova Şəhla Əlabbas qızının mülkiyyətinə verilməsini, həmin ərazinin cavabdeh “Azərsu” ASC tərəfindən zəbt olunmasını, buna dair iddiasının məhkəmədə təmin olunmasını bildirmişdir. Şikayətçi bütün olanlara baxmayaraq Azərsu ASC tərəfindən 9 ildir hüquqlarının pozulmaqda davam etdiyini də qeyd etmişdir.
Başqa bir məsələ isə “Azərsu” ASC-nin “Göyçay Su-Kanal” Törəmə Cəmiyyəti tərəfindən sayğac qoyularkən texniki şərt adı ilə vətəndaşlardan pul tələb etməsi, onları süründürməçiliyə məruz qoyması və 11 000 nəfərdən çox abonentə qanunsuz olaraq 700 000 manatdan çox qalıq borcun yazılması və bu halın bu günə qədər də davam etməsidir. Bu barədə bir çox orqanlar qarşısında dəfələrlə məsələ qaldırılsa da, çox təssüf ki, aşkar görünən korrupsiya hüquqpozmalarına görə aidiyyatı orqanlar tərəfindən zəruri addım atılmamışdır.
ahibkar M.Mayılovanın mülkiyyətində olan Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 1,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub tərəfindən təxminən 0,6 ha ərazidə, 26 dekabr 2008-ci il tarixdə onun mülkiyyətinə verilmiş 0,5 ha və 26 dekabr 2008-ci il tarixdə iddiaçının mülkiyyətinə verilmiş 0,5 ha həyətyanı torpaq sahələri üzərində ”Azərsu” ASC tərəfindən müxtəlif tipli özbaşına tikililər inşa edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH 0006174 N-li Çıxarışın surətindən görünür ki, Göyçay rayonunun Potu kəndində 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Mayılova Minayə Seyidağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində 26 dekabr 2008-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin 26 dekabr 2008-ci il tarixli, 001726 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 408013001938 reyestr nömrəli Göyçay rayonunun Potu kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,05 ha torpaq sahəsinin hüquqi subyekti Mayılova Minayə Seyidağa qızıdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA 0094966 N-li Çıxarışın surətindən görünür ki, Göyçay rayonunun Potu kəndində 1,92 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Mayılova Minayə Seyidağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 159 nömrəli vərəqində 29 iyun 2010-ci ildə qeydiyyata alınmışdır.
Onu da bildirək ki, problemlə bağlı iş adamı hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 10 aprel 2015-ci il tarixli, 1798 saylı rəyindən göstərilir ki, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən mübahisəli ərazilər üzrə tərtib olunmuş 28 noyabr 2014-cü il tarixli, 17-3/1584 saylı mütəxxəsis rəyi nəzərə alınaraq, iddiaçı Mayılova Minayə Seyidağa qızının mülkiyyətində olan 009466 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 1, 92 ha torpaq sahəsinin 0,0779 hektarı, 0006172 saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin 0,04 hektarı (0,01 hektarı giriş yolu kimi, 0,03 hektarı tikintinin həyəti kimi) “Azərsu”ASC tərəfindən tutulduğu müəyyən olunmuşdur. Nəticədə Göyçay, rayon məhkəməsi sahibkarın xeyrinə qərar çıxarıb. Bundan sonra Azərsu ASC iddia məhkəmə qərarının ləğvi üçün şikəyət etsə də ölkə daxilindəki bütün məhkəmə instansiyaları M.Mayılovanın torpaq mülkiyyətini tanımışdır. Nəhayətdə Ali Məhkəmə də sahibkarın xeyrinə qərar çıxarmışdır. Məhkəmə qərarlarında qanunsuz olaraq zəbt edilmiş ərazidə olan tikililərin sökülməsi və sahibkarın mülkiyyət hüququnun bərpa olunması göstərilir. Demək Azərsunun qanunları saya salmaması nəticəsində dövlətin sərvmilyonlarla vəsaiti rəsmən göyə sovrulub.

 

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah Bakıda 35 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: