Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
azersun1

“Azərsun” xalqa axırıncı pisliyini də etdi: DƏHŞƏTLİ BAHALAŞMA – Özəl

Ölkədə bahalaşma ajiotajı yaşanır. Hökumət xalqın “başının altına yastıq qoyub”. Amma bəzi deputatlar iqtisadi şəraitin ağırlaşdırılmasını tənqid edirlər. Hakimiyyət içində bir qütbləşmə var və gərginlik hökm sürür.

24saat.org isə xəbər verir ki, “Azərsun” “keçi can hayında, qəssab piy axtarır” misalına uyğun olaraq siyasətini davam etdirir.

Ölkənin aparıcı yeyinti sənaye-dağıtım şirkəti olan “Azərsun” holdinq gedişatdan sui-istifadə edərək qiymətləri artırıb “qaz vurub, qazan doldurmağa” səy göstərir.

Bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb. Belə ki, “Beta” və “Champion” çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb. Bu mallar “Azərsun”a aiddir.

Gömrükdə idxal rüsumunun artımından dərhal sonra ilk bahalaşmaya gedən də  “Azərsun” holdinq oldu. Hər halda, ölkə başçısı süni qiymət artımının qarşısını almağa çağırış edirsə, “Azərsun” buna əməl etməlidir.

Holdinq rəhbəri isə İ.Əliyevin süni qiymət artımını barədə dediklərinə zidd olaraq bahalaşmanı dollara və iqtisadi gedişata bağlayır. Elədirsə, bu halda prezidenti ittiham etmiş olur.

Bundan əlavə, holdinqin yağ məhsulları ərəb ölkələrində satışa çıxarılır. Avropa bazarlarında özünə yer tuta bilməyən “Azərsun” məhsullarına müharibə və terror olan ölkələrdə tələbat var.

Şirkətin zavodlarında istehsal edilən yağlar hazırda aclıq, işsizlik və yoxsulluq olan bu ölkələrdə satışdadır. Bildirilir ki, məhsulların keyfiyyətinə və qiymətinə görə ən münasib yer İraqla Suriya tövsiyə olunub.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İtlə rəqs edən qız dünyanı özünə heyran edib – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: