Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azəriqaz” İB-dən Abşeron sakinlərinə “Ramazan hədiyyəsi”

Novxanı sakinləri dünən gecədən qazsız qalıb

Qaz idarəsi isə telefon zənglərinə cavab vermir

“Azəriqaz” İB dünən gecə saaatlarından etibarən Abşeron rayonunun Novxanı kəndini qazsız qoyub. Bu barədə 24saat.org-u kənddəki mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Novxanıda qaz təchizatında dəfələrlə bu cür problemlər yaşansa da, müqəddəs Ramazan günlərdə qazın verilməsində bunca böyük fasilənin yaranması insanları daha çox narazı salıb.
Mənbənin məlumatına görə, “Azəriqaz”ın Novxanı sakinlərinə ünvanladığı “Ramazan hədiyyəsi” ilə bağlı digər bir narazılıq isə Abşeron Qaz İstismar Sahəsinin vətəndaşların telefoin zənglərinə cavab verməməsidir. Belə ki, gün ərzində sözügedən idarənin 342 13 69 nömrəsinə çoxlu sayda zəng ünvanlansa da, bu zənglərə cavab verən tapılmayıb. Qurumun 185 nömrəli telefonuna da yetərincə zəng edilsə də, xətlərin məşğul olması səbəbi ilə yetkili şəxslərlə əlaqə yaratmaq mümkün olmayıb.
Qaz yoxluğu ilə yanaşı, həm də informasiya yoxluğundan əziyyət çəkən yüzlərlə ailə qaz təchizatının nə zaman bərpa ediləcəyini bilmir. Vətəndaşlar ümid edir ki, “Azəriqaz” rəhbərliyi heç deyilsə müqəddəs Ramazan günündə vətəndaşların hüquqlarına hörmət edəcək, qaz təchizatını bərpa etməklə gec də olsa insanların narahatlığına son qoyacaq.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lənkəranda Qaraşov-Dadaşov 14 saylı bağçanı talan edib – Fotolar

%d bloqqer bunu bəyənir: