Loading...
Loading...

Azəri-Çıraq-Günəşlinin gəliri kəskin azalır

Bu ilin iyulunda “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan mənfəət neftinin satışından Dövlət Neft Fonduna 465 milyon dollar gəlir daxil olduğu bildirilir.
“Turan” informasiya agentliyinin xəbərinə görə, bu gəlirinson bir ayda 7,7 faiz və ya 39 milyon dollar azalması deməkdir.

Xəbərdə qeyd edilir ki. Dövlət Neft Fondunun (DNF) AÇG-dən gəlirləri 2016-cı ilin əvvəlindən belə olub:

Yanvar – 442 milyon dollar,
Fevral – 348 milyon dollar,
Mart – 347 milyon dollar,
Aprel – 356 milyon dollar,
May – 308 milyon dollar,
İyun – 504 milyon dollar.

2016-cı ilin 7 ayında AÇG layihəsi çərçivəsində DNF-yə ümumilikdə 2 milyard 770 milyon dollar daxil olduğu bildirilir.

Proqnozlara əsasən, sentyabrdan AÇG layihəsi çərçivəsində hasilat daha da azalacaq. Dördüncü rübdə azalmanın fondun gəlirlərinə təsir edəcəyi qeyd edilir.

2001-ci ildən 2016-cı il avqustun 1-ə kim isə “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından Dövlət Neft Fonduna 119 milyard 779 milyon dollar daxil olduğu açıqlanıb.

“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb.

Layihə iştirakçıları BP (35,78 %), Chevron (11,27 faiz ), ExxonMobil (8%), ONGC (2,72 %), SOCAR (11,65 %), Inpex Corp. (10,96 %), ITOCHU Oil (4,3 %), Statoil (8,56 %) və TPAO (6,75 %) şirkətləridir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dolların qiyməti dəyişmədi

%d bloqqer bunu bəyənir: