Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərenerji”nin dövlət büdcəsinə 800 milyona yaxın borcu var

2015-ci ildə “Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 mln. 803,8 min manat və ya 2,8 dəfə, 2014-cü il ilə müqayisədə 201 mln. 796,3 min manat və ya 2,4 dəfə artaraq 348 mln. 665 min manatadək yüksəlib.

Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Rəydə bildirilib ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 223 mln. 673 min manat (21,9%) azalaraq 799 mln. 795,9 min manat, artıq ödəmənin həcmi isə 92,9 min manat (5,4%) artaraq 1 mln. 824,2 min manat təşkil edib.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli sərəncamına əsasən Azərbaycan ərazisində “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə ötürülüb, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqlar “Azərişıq” ASC-nin balansına verilib.

Eyni zamanda, 2015-ci ildə baş vermiş devalvasiya “Azərenerji”nin xarici kreditlər üzrə borc öhdəliyini əhəmiyyətli dərəcədə artırıb, bu da digər öhdəliklərin, xüsusilə yanacağa görə Dövlət Neft Şirkətinə ödənişlərin aparılmasında çətinlik yaradıb. Göstərilənlərlə əlaqədar olaraq, “Azərenerji”nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq”, “Azərenerji” və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 2015-ci ilin 1 oktyabr tarixinə “Azərişıq”ın “Azərenerji”yə “Azərenerji”nin Dövlət Neft Şirkətinə yanacağa görə, yaranmış borclarının ödənilməsi məqsədi ilə “Azərişığ”a 416 mln. manat məbləğində büdcə ssudasının və “Azərenerji”nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün “Azərenerji”yə uzunmüddətli, aşağı faizli borcun verilməsi təmin edilib.

Uzunmüddətli aşağı faizli borc vəsaitlərini 2014-cü il ilə müqayisədə 2015-ci ildə “Azərenerji” üzrə büdcə ödənişlərinin əhəmiyyətli artmasında əsas mənbə kimi qiymətləndirmək olar Bununla yanaşı, nəzərə alınmalıdır ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcminin azalmasına baxmayaraq 01.01.2016-cı il tarixə olan borcun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2%-ni təşkil etməklə yüksək olaraq qalmaqdadır.(APA)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Özəlləşdirmənin 3-cü mərhələsi başlanır

%d bloqqer bunu bəyənir: