Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərenerji”nin büdcəyə ödəmədiyinə nələr etmək olmazdı?

AXCP sədri Əli Kərimli Facebook səhifəsində “Azərenerji”nin dövlət büdcəsinə yaranan borcundan və bunun səbəblərindən yazıb:

“Azərenerji”nin dövlət büdcəsinə ödəmədiyi 800 milyon manat var ha, hansını ki, xalq olaraq bizlər ödəməli olacağıq, əgər korrupsiya qurbanı olmasaydı, təkcə həmin pulla 13500 nəfər şəhid ailəsinin “qan pulu”nu ödəmək olardı; 5 minə qədər dollarla krediti olanlara imkan yaratmaq olardı ki, kreditlərini dolların əvvəlki məzənnəsilə ödəsinlər; ölkədəki ödənişli təhsil alan bütün tələbələri təhsil haqqından azad etmək olardı. Hələ 100 -200 milyon manat arası artıq pul da qalardı. Onu da məsələn, gənclərə ipoteka kreditinə, ağır xəstələrin müalicəsinə, yeni iş yerlərinin açılmasına xərcləmək olardı. Amma indi bunların heç biri olmayacaq. Çünki həmin 800 milyonu artıq korrupsiya yeyib, hesabı isə biz ödəyəcəyik. Bəli, bunlar yeyiblər, amma təəssüf ki, doymayıblar.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Vyanada Qarabağ görüşü: sensasion stenoqram

%d bloqqer bunu bəyənir: