Loading...
Loading...

Azərbaycanlının Surqutu Las-Veqasa çevirmək arzusu baş tutmadı

Rusiya Federasiyası İstintaq Komitəsinin Xantı-Mansiysk Muxtar Dairəsi üzrə İstintaq İdarəsi tərəfindən barələrində cinayət işi açılmış iki nəfərin – 42 yaşlı yerli sakinin və 35 yaşlı Azərbaycan vətəndaşının məhkəmə istintaqı tamamlanıb.

Virtualaz.org idarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxslər qanunsuz təşkilat və oyun zonasından kənar oyun avadanlığından istifadə ilə qumar oyunlarının keçirilməsində ittiham olunublar.

Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Surqut şəhərində yerləşən binalardan birinin zirzəmisində 2015-ci ilin may ayında oyun klubu açıblar, müştərilər üçün poker oyunları keçiriblər. Polis əməkdaşlarının 2016-cı ilin may ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki qanun pozucusu saxlanılıb. Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə müttəhimlər 600 min rubl (təxminın 15 min manat – virtualaz.org) məbləğində cərimə olunublar.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Nazir daha bir rəisi işdən çıxardı

%d bloqqer bunu bəyənir: