Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlıların meyvə-tərəvəz bazarından 25 kilo heroin çıxdı

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı meyvə-tərəvəz bazarında əməliyyat keçirilib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bazarda keçirilən əməliyyat zamanı soğan dolu yük maşınından 25 kiloqram heroin aşkarlanıb.

Məlumata görə, “qara bazar”da dəyəri 4 milyon dollar olan heroini Yekaterinburqa kimin sifarişiylə gətirilməsi araşdırılır. Yük maşınının sürücüsü saxlanılsa da, o, ilkin ifadəsində maşınında heroin olduğunu bilmədiyini deyib.

Xatırladaq ki, adıçəkilən bazar azərbaycanlıların nəzarətində olan obyektdir. Bazarın qeyri-rəsmi sahibi isə Azər Piriyev adlı azərbaycanlıdır. Onun hazırda harada olduğu bilinmir.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

SOCAR-da qəza: işçilərdən biri öldü

%d bloqqer bunu bəyənir: