Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlıların 97 faizi Qarabağdakı hərbi əməliyyatları dəstəkləyir

“ACT Azərbaycan” araşdırma şirkəti aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.

Sorğuda iştirak edən 400 sakinin 97%-i Azərbaycanın cəbhə xəttindəki hərbi əməliyyatlarını dəstəklədiyini deyib.

Sorğuda iştirak edən respondetlərin 62%-i sonuncu hərbi əməliyyatlarda üçüncü tərəf kimi digər ölkələrin mövcudluğunu düşünür. Onların 92%-i bu tərəfin Rusiya olduğu qənaətindədir.

Paytaxt sakinləri Fransa, ABŞ, Türkiyə və İranın da sonuncu hərbi münaqişənin stimullaşdırdığını hesab edir. 57% Rusiya, 24% isə konflikti Ermənistanın dərinləşdirdiyini deyib.

Tədqiqat çərçivəsində fikri öyrənilən sakinlərin əksər hissəsi (86%) təxribatın Ermənistan tərəfindən törədildiyini düşünür. Əhalinin yarıdan çoxu (65%) hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır. Həmşinin sakinlərin 85%-i Azərbaycanın hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ərazisindən çıxarılacağına əmindir.

Sorğuda iştirak edən respondentlərin 52%-ni qadınlar, 48%-ni kişilər təşkil edib. Yaş aralığı isə 18-55 olub.

Qeyd edək ki, “ACT Azərbaycan” sosial və kommersiya araşdırmaları həyata keçirən beynəlxalq şirkət “ACT Global”ın Azərbaycan nümayəndəliyidir.

ACT Global Gürcüstün, Azərbaycan və Qazaxıstan ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Adil Qəribov: “Ermənistan radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər”

%d bloqqer bunu bəyənir: