Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
2a7956cc-2666-4ba6-a123-ceba4b7faa62_w987_r1_s

Azərbaycanlılar niyə ermənilərdən və gürcülərdən çox rüşvət verirlər?

 

Avropa və Asiyada hər 3 adamdan biri ölkəsinin korrupsiya problemiylə üz-üzə qaldığını düşünür. Korrupsiya ilə mübarizə aparan beynəlxalq qurum – “Transparency International”ın yeni hesabatında belə deyilir.

Hesabatın hazırlanmasında iştirak edən vətəndaşların çoxu dövlət rəsmiləri və millət vəkillərinin rüşvət aldığına əmindir və dövlətin korrupsiyanı əngəlləmək üçün yetərincə iş görmədiyini deyib.

“Transparency İnternational” sənədi hesabatı tərtib etməkdən ötrü 42 ölkədə 60 mindən çox vətəndaşla danışıb, onların gündəlik həyatda korrupsiya ilə nə qədər sıx üzləşdiyini öyrənərək, qiymətləndirmə aparıb.

Ən yüksək rəqəm Tacikistanda və Moldovada qeydə alınıb. Tacikistanda əhalinin yarısı, Moldovada isə 42%-i korrupsiya ilə tez-tez üzləşdiklərini deyib.

Qonşu ölkələrdən Rusiyanın göstəricisi 34%, Türkiyəninki 18%, Ermənistanın göstəricisi 24%, Gürcüstanınkı isə 7%-dir.

Hesabata görə, Azərbaycan korrupsiyanın ciddi problem olduğu ölkələrdəndir. Bu ölkədə vətəndaşların 38%-i ictimai xidmətlərdən yararlanmaq üçün rüşvət verdiyini bildirib.

Hüquqşünas Aslan İsmayılov deyir ki, Azərbaycanda korrupsiya az qala idarəetmə formasıdır. Məhz bu səbəbdən də korrupsiya faktlarına reaksiya verilmir.

Hüquqşünasın sözlərinə görə, “Azərbaycanda istənilən məmuru həbsə atmaq mümkündür”…

Aslan İsmayılovun fikrincə mövcud qanunvericiliyə riayət olunsa, Azərbaycanda da normal idarəetmə sistemi qurmaq mümkündür.

Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru Vasif Mövsümovun sözlərinə görə son illərdə dövlət orqanlarında şikayətlərə baxıldığından və qanunvericilikdə edilən bəzi dəyişikliklər, o cümlədən hökumət tərəfindən atılan bəzi addımlar ölkədə korrupsiyanın səviyyəsini xeyli aşağı salıb.

Onun fikrincə vətəndaşlar və sahibkarlar korrupsiya ilə mübarizədə daha da ciddi rol oynamalıdırlar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev hesab edir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün iradə mövcuddur. Onun sözlərinə görə bu vaxta qədər çox ciddi fiqurlar korrupsiya ittihamı ilə həbs olunub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Deputat maaşı məni də qane etmir, amma…” – Fazil Mustafa

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: