Loading...
Loading...

Azərbaycanlı uşaqlar Ərdoğanı duyğulandırdı – FOTOLAR

Azərbaycanlı uşaqlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı duyğulandırıblar.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti 23 aprel Milli Suverenlik və Uşaq Bayramına görə ölkəyə gələn dünya ökələrindən olan uşaqları qəbul edib.

Qəbul prezident sarayında gerçəkləşdirilib. Tədbir sarayın həyətində çinar ağacının əkilməsi ilə başlayıb. Ölkənin birinci xanımı Əminə Ərdoğanın da iştirak etdiyi tədbirə 25 fərqli ölkədən 330-dan çox uşaq qatılıb.

Əkilən ağaclara dünyanın 7 ayrı çayından gətirilən və “can suyu” adlanan su tökülüb.

Azərbaycandan olan uşaqlar Rəhim Azad Quliyev və Fatimə Sadıqova isə bütün dünya uşaqları adından çıxış ediblər. “Bizə qucaq açan, sevgi ilə bağrına basan hər kəsə təşəkkür edirik. Türk qardaşlarımızın 23 aprel bayramını təbrik edirik”, – deyən uşaqlar savaşdan, aclıqdan əziyyət çəkən həmyaşıdlarını salamlayıblar: “Bizlər böyüyəndə dünyanın sülh, hüzur içində yer alması üçün çalışacağımıza söz veririk. Birlikdə dünyanı daha gözəl günlərə gətirəcəyimiz günlər yaxındır”.

F.Sadıqova Bəxtiyar Vahabzadənin “Türkiyə-Azərbaycan” şeirini səsləndirib. Şeir salondakı hər kəsi duyğulandırıb.

Ərdoğan da bütün uşaqların bayramını təbrik edib. “Şeiri ilə bizləri duyğulandıran azərbaycanlı övladlarımızın, bizə gözəl anlar yaşadan digər övladlarımızın gözlərindən öpürəm. Mənim 5 nəvəm var. Onları qucaqlayanda nə hiss edirəmsə, hər bir uşaq üçün eynisini hiss edirəm”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Netanyahudan Putinə: “Bu ərazilər İsrailindir”

%d bloqqer bunu bəyənir: