Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlı Rusiyada qız üstündə adam öldürdü

Rusiyada azərbaycanlı kişi qıza görə qətl törədib. ANS PRESS-in məlumatına görə, hadisə Miçurinskdə qeydə alınıb. Qətllə bitən münaqişə mayın 17-də gecəyarısı rayon ərazisindəki nəqliyyat bazasının ərazisində baş verib. 27 və 28 yaşlı iki yerli sakin birlikdə yeyib-içməyə və istirahət etməyə qərar veriblər.

Qonaqlığın gedişatında içkili dostlar onların ikisinin də xoşuna gələn və hər ikisinin də münasibət qurmaq istədiyi bir qızdan danışmağa başlayıblar. Ancaq həmin xanımın ürəyini hələ ki onların heç biri fəth edə bilməyibmiş.

Söhbət zamanı onlar haqqında danışdıqları qızın hansından xoşu gəlməsi barədə iddiaya giriblər. Daha sonra spirtli içki qəbul edən gənclərdən biri adı açıqlanmayan qızdan 26 yaşlı azərbaycanlının da xoşunun gəldiyini deyib.

İçkinin təsirindən əsəbləşən kişilər həmin azərbaycanlıya zəng vurub olduqları yerə çağıraraq məsələni həll etməyə qərar veriblər. Telefon danışığı zamanı azərbaycanlı ilə həmin sərxoşlar arasında münaqişə yaranıb və oğlanlar görüşməyə, problemi müzakirə etməyə razılaşıblar.

Azərbaycanlı tezliklə altı nəfər dostu ilə birlikdə həmin adıçəkilən bazanın ərazisinə gəlib. Söhbət əsnasında onların arasında dava düşüb və həmyerlimiz cibindəki bıçaqla gənc rəqiblərindən birinin qarın nayihəsindən zərbə endirib. Daha sonra isə hadisə yerindən qaçıb.

Yaralanan şəxsin birgə yeyib-içdiyi yoldaşı əraziyə təcili yardım çağırsa da xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər gələnə qədər yaralı kişi ölüb.

İşin ciddiləşdiyini görən azərbaycanlı şəhərdən qaçmağa qərar verib. O, dəmiryol vağzalına gələrək Mahaçqalaya bilet alsa da qaçmağa müvəffəq ola bilməyib. Polis əməkdaşları onu qatar yola düşmədən saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Qusarda torpaq sürüşməsi baş verdi

%d bloqqer bunu bəyənir: