Loading...
Loading...

Azərbaycanlı mühacirlər Avropada yeni təşkilat yaratdı

Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının – AND (Azərbaycan naminə demokratiya – Azerbaijan needs democracy) təsis iclası keçirilib.

İclasda hakimiyyətin təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.

İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.

AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar. Lakin artıq indidən demək olar ki, bu, ölkənin hüdudlarından kənarda siyasi müxalifətin formalaşması üzrə ən mühüm addımdir.

Azərbaycan mühacirlərinin hərəkətlərinin koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərəcək.

AND fəaliyyətini uğurlu qurarsa bu, Bakıda hakimiyyət üçün ciddi başağrısı olacaq.

Güman etmək olar ki mühacir təşkilatlarının sirası genişlənəcək və ABŞ-da da AND-ın bölməsi yaranacaq.

Bu cür mühacir təşkilatlarının yaranma tarixi və mövcudluq təcrübəsi göstərir ki, mühüm məsələlərdən biri təhlükəsizlikdir. Çünki hakimiyyət təhlükəsizlik xidməti vasitəsilə belə qurumlara öz agentlərini göndərməyə çalışır. Çox güman ki, indi də belə olacaq (abzas.net).

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Zimbabvenin 92 yaşlı prezidenti öz abidəsinin açılışında iştirak edib – FOTO

Loading...
%d bloqqer bunu bəyənir: