Loading...
Loading...

Azərbaycanlı milyonçudan ukraynları sevindirəcək addım

“Lukoyl” şirkəti Ukraynaya Rusiyanın dizel yanacağı ixrac etməsi barədə müqaviləni yeniləyib.

ANS PRESS-in məlumatına görə, bu barədə azərbaycanlı milyonçu, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov mətbuata açıqlamasında deyib.

O bildirib ki, söhbət kiçik həcmlərdən gedir: “Həcimlərin artırılması barədə  hələ müzakirələr aparılmır”.

Rusiyanın “Lukoyl” şirkəti 10 ay əvvəl Uraynaya dizel yanacağının ixracını dayandırmışdı. Bu ilin mart ayında Rusiyanın “Rosneft” şirkətinə Ukraynaya dizel yanacağı tədarük etməyə icazə verib.

Əvvəl bildirilirdi ki, şirkət Ukraynaya hər ay 100 min ton yanacaq ixrac etməyi planlaşdır.

Vahid Ələkbərov-"Lukoyl" şirkətinin rəhbəri

Vahid Ələkbərov-“Lukoyl” şirkətinin rəhbəri

2015-ci ilin sentyabrına qədər Rusiya şirkətləri Ukraynanın yanacağa olan  ehtiyacının çox hissəsini təmin edirdi. Ancaq daha sonra Rusiya  Ukraynaya yanacağın ixracını məhdudlaşdırdı. Rusiya tərəfi rəsmi Kiyevin yanacağı Donetsk regionunda dinc sakinlərə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı istifadə edəcəyindən ehtiyatlanırdı.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Britaniyada deputat güllələndi

Loading...
%d bloqqer bunu bəyənir: