Loading...
Loading...

Azərbaycanlı general : “Azərbaycan ordusu irəliləyir”

yasar-aydemirov«Mənə məlum olduğu qədər, Azərbaycan ordusu cənub istiqamətində artıq bir çox strateji yüksəklikləri ələ keçirib və onları əlində saxlayır», – bunu virtualaz.org-a müsahibəsində ehtiyatda olan general-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar Aydəmirov deyib.

«Azərbaycan ordusu doğru qərar qəbul edərək, bir-birinin ardınca strateji yüksəklikləri tutur ki, bu da bizə hərbi əməliyyatların keçirilməsində tam üstünlük verir. Cəbhənin əksər hissələrində ordu bölmələrimiz düşməni əvvəlki mövqelərindən sıxışdırıb çıxarıb və biz irəliləyirik», – hərbçi belə deyib.

Azərbaycanın hərbi əməliyyatların gedişində TOS-1 ağır odsaçanlardan istifadə etməsi xəbərini şərh edən general Y.Aydəmirov bildirib ki, əgər Ermənistan fikrindən vaz keçməsə, hərbçilərimiz tərəfindən daha müasir silah növləri tətbiq ediləcək ki, bunlar düşməni, sözsüz ki, təşvişə salacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Şəhid əsgərimiz Biləsuvarda torpağa tapşırıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: