Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlı Ermənistanda müdafiə naziri olur

Ermənistanın yeni Müdafiə naziri Vitali Balasanyan ola bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Müdafiə naziri Seyran Ohanyanın istefaya gedəcəyini açıqlayıb. Mətbuat Ohanyanın yerinə əsas namizədlərdən birinin Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın olacağını bildirib.

Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran rayonunda dünyaya gəlib. O, Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. Əsgəran, Ağdam və Horadiz istiqamətlərində döyüşüb. Müharibədən sonra qondarma Dağlıq Qarabağda “müdafiə nazirinin müavini” kimi çalışıb.

Ermənistanda 2000-ci ildən bu yana müdafiə naziri vəzifəsini əslən Azərbaycandan olan şəxslər icra edirlər. 2000-2007-ci illərdə bu vəzifəni Serj Sərkisyan (əslən Xankəndidəndir – red.), 2007-2008-ci illərdə Mikayel Arutyunyan (əslən Şamaxıdandır – red.) bu vəzifəni daşıyıb. 2008-ci ildən bu günə kimi nazir olan Seyran Ohanyan da əslən Şuşadandır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Rusiya yeni hərbi helikopter hazırlayır

%d bloqqer bunu bəyənir: