Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
zahid

Azərbaycanlı deputat İcra Hakimiyyətlərinin ləğvindən danışdı

İcra hakimiyyəti modelləri bu gün Azərbaycanın qarşısında dayanan vəzifələrə effektli şəkildə cavab verə bilmir.

Bunu BakiPost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bəzi rayonlara dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsiylə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Onun sözlərinə görə, 33 rayona mərkəzləşmiş büdcədən ayrılan vəsait dayandırılmayıb: “Azərbaycanda 2017-ci ilin büdcə maliyyələşdirilməsində mexanizmlər dəyişdirilib. Bu da bir çox ekspertlərdə rayonlara ayrılacaq vəsaitlərin dayandırılacağı rəyini yaradıb. Reallıqda isə rayonların, əsasən də 33 bölgənin mərkəzi büdcədən maliyyələşməsi dayandırılmayıb. Sadəcə olaraq forma dəyişib.

Məsələn, artıq bir sıra bölgələrdə təhsil üzrə maliyyələşmə zonalar üzrə həyata keçirilir. O cümlədən səhiyyə və digər strukturlarla da əlaqədar oxşar mexanizmlər yaradılmaqdadır. Belə olan təqdirdə mədəniyyət xərcləri həmin bənd üzrə büdcədə göstərilir. Bu zaman bəzilərində belə bir fikri yaranıb ki, yəqin bu maliyyələşmənin ləğvi deməkdir”.

Zahid Oruc qeyd edib ki, hazırda Azərbaycanda yalnız 6 rayon yerli gəlirləri hesabına öz büdcəsini formlaşdırmaq imkanına malikdir:”Yerdə qalanlar isə hələ də dotasiyalardan asılıdır. Biz bu idarəçilik sistemini təkmillləşdirmək, rayonların iqtisadi müstəqilliyini artırmaq, onların xarici əlaqələrə nail olmasını, yerli istehsal vasitəsi ilə öz infrastrukturlarını qurmağını istəyiriksə, bu zaman idarəçilik mexanizmlərindəki dəyişikliklərin tərəfində ola bilərik. Vilayət, quberniya və ya digər adlar altında bu sistem yaradıla bilər. Amma əsas odur ki, nəticə dəyişsin. Proseslər getsin. Çünki icra hakimiyyəti modelləri bu gün effektli şəkildə Azərbaycanın qarşısında dayanan vəzifələrə cavab verə bilmir. Bunu inkar eləmək mümkün deyil. Biz həqiqətən də sahibkarlıq sisteminin bölgələrdə daha çox inkişaf etməsini, büdcənin gəlirlərində paytaxt Bakı şəhərinin 93 faiz yer tutmasını və böyük istehsalat sahələrinin rayonlarda formalaşmasını təmin etməliyik. Bu sistem əhali axınının qarşısını almaq üçün də vacibdir.

Həmçinin bölgələrdə insanları saxlamaq, xüsusilə də təmas xəttində düşmənə yaxın olan əhalinin məşğulluğunu təmin etmək üçün bu çox vacibdir. Belə olan halda hökumətin qarşısında dayanan ən böyük vəzifə iqtisadi prosesi paytaxdan kənara köçürməyi bacarmaqdır. Bundan ötrü də mütləq infrasiyasi idarəetmə islahatlarına da ehtiyac olacaq. Bütün bunlar dövlət başçının səlahiyyətində olan məsələdir. Çünki icra hakimiyyəti orqanlarının rəhbəri odur. Ona görə də icra hakimiyyəti sistemlərinin dəyişdirilərək başqa formada yeniliklərin edilməsini biz yalnız ehtimallarla söyləyə bilirik”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ərdoğan Avropanı terroru dəstəkləməkdə suçladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: