Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlı deputat: “Hökumət italiyalı siyasətçiyə rüşvət verməyib”

“Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsi ilə bağlı iddia əsassızdır. Bu, yalan və iftiradır, Azərbaycana qarşı olan çirkin əməliyyatların bir hissəsidir. Ermənilərin Azərbaycana qarşı belə əməliyyatları heç vaxt dayanmayacaq. Çünki onların böhtan atmaqdan başqa əlacları qalmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev italiyalı deputat Luka Volontenin Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alması ilə bağlı iddialara münasibət bildirərkən deyib ki, AŞPA çərçivəsində Azərbaycana qarşı olan iradların hamısı əsassızdır: “Biz “siyasi məhbus” anlayışının izahını onlardan dəfələrlə soruşmuşuq. Onlar bu suala cavab verə bilməyiblər. Azərbaycanın üzərində olan problemlər qaldırılandan sonra yenidən bu məsələni ortaya atıblar. Guya Luka Volonteyə rüşvət verilib.

Birincisi, rüşvət verilibsə, niyə hesabdan-hesaba keçib?! Biz bilmirik, Volontenin hansı əməliyyatı var, bu cür üzə çıxıb. AŞPA çərçivəsində 27-dən çox ölkə, 360-dan çox deputat var. O qədər deputata Luka Volonte rəhbərlik edir, onun sözü ilə oturub-dururlar?

Həmin iclasın da canlı şahidi olmuşam, İtaliya nümayəndə heyətinin bəzi deputatları belə Azərbaycanın əleyhinə səs veriblər. Bütün bu iddialar yalan üzərində qurulub və heç bir perspektivi yoxdur”.

R.Rzayev qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistandakı insan haqları ilə maraqlanmalıdırlar. “Ermənistan rəhbərliyinin bütün istiqamətlərdə siyasətləri iflasa uğrayıb. Bir daha qeyd edirəm ki, bu, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasıdır. Bu iddianın Azərbaycanla bağlı əlaqəsi olsaydı, etirazımızı bildirərdik. Amma bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Burada İtaliyanın adı keçir, onlar da öz məsələlərinə qiymət verəcəklər”, – deyə R.Rzayev bildirib.

Qeyd edək ki, İtaliyanın “İl Fatto” qəzetində dərc edilən yazıda iddia edilir ki, İtaliyanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alıb. Bu məsələdə Azərbaycandan olan deputat Elxan Süleymanov və deputat Müslüm Məmmədovun adı keçir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

BMT-nin baş katibi Qarabağdakı vəziyyətdən narahatdır

%d bloqqer bunu bəyənir: