Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlı bu uşaq bir neçə dəqiqəyə 300 səhifəlik kitab oxuyur

Bir kitabı bir neçə dəqiqəyə oxuyan Azərbaycanlı uşaq Vaqif Rüstəmov adlı bu yeniyetmə bir neçə dəqiqə  ərzində 300 səhifədən artıq bir kitabı oxuyur və kitabı bitirdikdən sonra oxuduqlarını xülasə olaraq danışır. 

Ölkə.Az xəbər verir ki, Vaqif təxmini hesablamalara görə 1 dəqiqə ərzində 15000-dən artıq söz oxuya bilir. Bu isə dünya üzrə yeni rekord deməkdir. Belə ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı bir gənc vurmuşdu. O, 1 dəqiqəyə 6000 söz oxuya bilmişdi. Amma ötən il həmin gəncin rekordunu  Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlamış və hətta yeni rekorda imza atmışdır.

Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxumuşdu ki, bu da yeni rekord demək idi. İndi isə bu rekorda 13 yaşlı yeniyetmə həmvətənimiz Vaqif Rüstəmov imza atmağa qadirdir. O bir saat ərzində təxminən 10-12 kitabı oxuya bilir.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beynəlxalq Bank tələbələrə əzab verir: Çıxın küçədə gözləyin

%d bloqqer bunu bəyənir: