Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanlı biznesmenlə yatmaqdan imtina edən balerina danışdı

Azərbaycanlı biznesmenə 40 min dollar pul atıb, onunla yatmaqdan imtina edən rusiyalı balerina haqqında çıxan ittihamlara cavab verib.

Rüsvayçı vəziyyəti ilə bağlı heç bir açıqlama verməyən balerina sükutu pozub. A.Voloçkovanın sözlərinə görə, onu fahişə və əxlaqsız adlandıran şəxsləri tanıyır və məsələni aydınlaşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək:
“Mən bir söz demək istəyirəm: Mənim gözəlliyimi, azadlığımı, müstəqilliyimi və uğurlarımı, sevdiyim işlə məşğul olduğumu, mənimlə görüşmək üçün kişilərin əlində qızılgüllərlə növbəyə düzüldüyünü və ayaqlarımın altına hədiyyələr gətirdiklərini həzm edə bilmirlər. Bunu mənə bağışlaya bilmir və heç vaxt da bağışlamayacaqlar. Bitdi! Sayıqlama və təxribatlara isə mən heç bir şərh verməyəcəyəm”.
Xatırladaq ki, bu yaxınlarda Rusiya KİV-ində “Moskvanın Ulduzları” agentliyinin direktoru Dmitri Tulyaninov Rusiyanın əməkdar artisti Anastasiya Volaçkovanı seks-xidmətlərin göstərilməsində ittiham etməsinə dair məlumat dərc olunub. Həmin agentlik “Ulduzla bir axşam” layihəsi çərçivəsində imkanlı şəxslərlə şou-biznes ulduzlarının şam yeməyini təşkil edir.
D. Tulyaninov Rusiya mətbuatına verdiyi açıqlamada A.Voloçkovanın “Ulduz ilə şam” layihəsi çərçivəsində onunla müəyyən məbləğ müqabilində əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, burada hər hansı intim xidmətdən söhbət gedə bilməz və balerina sözügedən təkliflə razılaşmaqla əslində, bu anlaşmanı özü pozub: “Azərbaycanlı biznesmenlərdən biri – etik səbəblərdən adını açıqlamırıq – mənə müraciət edərək, Voloçkova ilə şam yeməyi yemək istədiyini dedi. Tanışlıq üçün ondan 25 min dollar aldım. 15 min dollar Nastyaya, 10 min dollar isə agentliyə çatacaqdı. Balerina onunla görüşdü, yeməyini də yedi, amma daha sonra “öz işini” görüb. Azərbaycanlı iş adamı ilə gecə keçirmək, intim xidmət göstərmək üçün qiymət açıqlayıb. Bütün danışıqları onun stilitsi Nataşa tərəfindən aparılıb.
Nəticədə, Voloçkova 40 min dollara razılaşıb, avansını alıb, otelə gəlib. Bakılı biznesmenə isə deyib ki, görüşdən öncə oteldə istirahət etməlidir. Amma başqa bir nömrəyə keçərək qapını da bağlayıb. Olduqca mədəni şəkildə ona zəng ediblər, cavab verməyib. Mədəni şəkildə qapısını döyüblər, açmayıb. Səhər tezdən isə başqa bir şəhərə gedib. Təbii ki, onu heç kim qol gücü ilə saxlamayıb, çünki onlar elə adamlar deyillər”.(publika.az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

TQDK: “Qəbul planı 83.31 % dolub”

%d bloqqer bunu bəyənir: