Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanın tanınmış diktoru iş başında vəfat edib

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib.

Tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün olmayıb.

“ANS Press” bildirir ki, ilkin məlumata görə, ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunun 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib.

Mərhum bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Lənkəranda maskalı şəxslər iş adamının ofisinə basqın ediblər

%d bloqqer bunu bəyənir: