Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64567

Azərbaycanın tanınmış alimi vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Əzizov noyabrın 20-də vəfat edib.

Bu barədə kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alimin həyat yoldaşı Yeganə Əzizova məlumat verib. Mərhum Yasamal qəbirstanlığında dəfn olunub.
Bildərək ki, Akif Əzizov 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib və MDU‐nun Kimya fakültəsini bitirib (1966).
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını alıb.
2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilib.
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil edib.
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunub. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə edib.
Akademik A.H.Əzizov özünün şöhrətli elmi məktəbini yaradıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

9 yaşında məcburi ərə verilən Leyla: “Gecə yatmışdım, qapının zəngi çalındı və …”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: