Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanın potensial rəqibləri

Futzal üzrə dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Azərbaycanın tarixində ilk dəfə qatılacağı turnirin son iştirakçıları KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib ölkələri) yığmaları olub.

Dünən KONKAKAF çempionatının yarımfinalçıları müəyyənləşib. Bu mərhələyə vəsiqə qazanan Kosta Rika, Qvatemala, Panama və Kuba dünya çempionatında iştirak hüququ qazanıb.

Dünya çempionatında ən çox Avropa komandası iştirak edəcək. Belə ki, “köhnə qitə”nin 7 yığması Kolumbiyaya yollanacaq. Mundialda Asiyanı 5, KONKAKAF zonasını 4, Afrika və Cənubi Amerikanı 3, Okeaniyanı 1 komanda təmsil edəcək. Digər iştirakçı isə meydan sahibi Kolumbiya olacaq.

Futzal üzrə dünya çempionatının kuboku

Meydan sahibi: Kolumbiya.

Avropa: Azərbaycan, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Ukrayna.

Asiya: Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam.

KONKAKAF: Kosta Rika, Kuba, Qvatemala, Panama.

Afrika: Misir, Mərakeş, Mozambik.

Cənubi Amerika: Argentina, Braziliya, Paraqvay.

Okeaniya: Solomon adaları.

Azərbaycan, Özbəkistan, Vyetnam və Mozambik tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb. Dünya çempionatının startı sentyabrın 10-da veriləcək və yarışlara oktyabrın 1-də yekun vurulacaq. Püşkatama mərasimi mayın 19-da Kolumbiyanın Medellin şəhərində baş tutacaq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ronaldo PSJ ilə anlaşdı – Agentindən açıqlama

%d bloqqer bunu bəyənir: