Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycanın Minsk Qrupu ilə bağlı məyusluğunu başa düşürəm”

2015-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində zorakılığın kəskin artması ciddi narahatlıq doğurur.

Bu barədə Avstriya prezidenti Haynts Fişer “The Business Year 2016” jurnalına müsahibəsində Avstriyanın 2017-ci ildə ATƏT sədri olacağını şərh edərkən bildirib.

Avstriya prezidenti qeyd edib ki, ölkəsi ümumilikdə çoxtərəfli diplomatiyaya üstünlük verir və Avstriyanın ATƏT-dəki sədrliyi hazırkı sədr ölkə Almaniyanın işinin davamı olacaq.

“Dağlıq Qarabağ münaqişəsinin əsas və həssas məsələ olduğunu bilirik. 2015-ci ildə təmas xəttində zorakılığın kəskin artması, əlbəttə ki, ciddi narahatlıq doğurur. Azərbaycanın Minsk Qrupunun məsələnin həllindəki səyləri ilə bağlı məyusluğunu başa düşürəm. Lakin əminik ki, Minsk Qrupu münaqişənin həlli üçün yeganə praktiki platformadır”, – deyə H.Fişer bildirib.

O, Avstriyanın münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunması üçün yardım etməyə hazır olduğunu vurğulayıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Fransa XİN Xədicə İsmayılovanın azad edilməsi haqda

%d bloqqer bunu bəyənir: