Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106040

“Azərbaycanın bütün qadınlarını bu zavallı qadının müdafiəsinə səsləyirəm”

Bu yaxınlarda xəbər yayıldı ki, bir qadın ərini öldürüb.

Görəsən, bir qadın ona çörək verən, uşaqlarına baxan, onu qoruyan bir kişini niyə öldürsün?
Uzun müddət vəkil və nümayəndəlik fəaliyyəti ilə məşğul olan bir hüquqşünas kimi bilirəm ki, bəzi ailələrdə gəlinlərə elə zülm edilir ki, onlara başqa seçim imkanı qoyulmur.
Görün bu qadın nələr çəkib ki, sonda dözməyib ərini öldürüb.
Həmin qadın həbs edilib. Eşitdiyimə görə onun 1 yaında körpə uşağı var. Qadın niyə həbs edilib?
Mən Azərbaycanın bütün qadınlarını, qadın hüquqları ilə məşğul olan təşkilatları, ictimai-siyasi xadimləri, cəmiyyətimizi və ziyalılarımızı bu zavallı qadının müdafiəsinə səsləyirəm. Hər bir qadının öz namusunu, balasını, ocağını və hüquqlarını qorumaq haqqı var. Bəlkə, bu qadına işgəncə, əzab verilirmiş, döyülürmüş, bəlkə elə həmin anda növbəti hücuma məruz qalıbmış? Belə vəziyyətdə qadın özünü qorumamalıdırmı?
Unutmayın: hər birimizin övladı bu hala düşə bilər. Özünü qorumaq üçün ərini öldürən qadın həbs edilməməlidir, yoxsa ölkəmizdə, cəmiyyətimizdə qadın haqqlarını qoruya bilməyəcək, bəzi cahil, nadan, qaba kişiləri də başa sala bilməyəcəyik.
Etiraz səsinizi gözləyirəm, dostlar!
Qurban Məmmədov, tanınmış hüquqşünas

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ən çox xərçəngə yoluxan peşə sahibləri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: