Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanın 2 gəncindən KƏŞF – Boğulmaq qorxusunu unudun (VİDEO)

İsti yay günlərində insanlar sərinləmək üçün dənizə, hovuza üz tutsalar da, bir qorxu həmişə qalır. Söhbət suda boğulmaq qorxusundan gedir.

Azərbaycan gəncləri bu məsələyə rahat bir çözüm tapıblar.

Cümhuriyyət.az azadliq.org-a istinadən bildirir ki, onların düşünüb hazırladığı “swimsos” adlanan şortlar təhlükəni önləyəcək.

Yeniliyin müəllifləri Elşən Zeynalov və Səməd Xanməmmədlidir.

İPİ ÇƏKİNCƏ…

Bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır.

Elşən Zeynalov uşaq vaxtından boğulma xofu yaşadığını deyir. O, yeniliyin hazırlanmasında bu xofun rolunu danmır.

“AZƏRBAYCAN MƏHSULU XİLAS EDİR”

Şortlar qlobal bazardan ötrü düşünülüb. Müəlliflərin sözlərinə görə, məhsulun əsas fərqi onun rahatlığıdır. Üzən adam üstündə əlavə nəsə daşımalı olmur.

Elşən Zeynalov məhsulun dünyada böyük maraq doğuracağına inanır: “Təsəvvür edin ki, Azərbaycan məhsulu hansısa bir ölkənin vətəndaşlarını boğulmaqdan qurtarır. Bu, çox fərqli duyğudur”.

Şortun qiyməti 60-70 dollar arasında olacaq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qadın beyni, yoxsa kişi beyni daha üstündür? – ELMİ AÇIQLAMA

%d bloqqer bunu bəyənir: