Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycandan olan milyonçu qətlə görə Moskvada həbs olundu – İNANILMAZ HADİSƏ

Azərbaycandan olan milyonçu və Moskvanın iri firmalarından birinin rəhbəri qətl törətməyə görə həbs olunub. Virtualaz.org “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, o, ağlagəlməz dərəcədə qəddar və həyasız şəkildə özünə sui-qəsd səhnələşdirib və baş verənlərə görə düşmənlərini günahlandırıb. Bu tamaşanı inandırıcı etmək üçün biznesmen öz sürücüsünün real qətlini də təşkil edib.

Qəzet yazır ki, hadisə aprelin əvvəllərində Moskva vilayətinin Mıtişi şəhərində baş verib. Biznesmenin adı və soyadı şərti olaraq “Armen Staşinyan” göstərilir, lakin onun milliyətcə azərbaycanlı, yaxud erməni olduğu haqda məlumat verilmir. Bildirilir ki, həmin vaxt biznesmen öz villasından xidməti BMW avtomobili ilə uzaqlaşmaq istəyəndə killer maşına atəş açıb. “Staşinyan” möcüzə nəticəsində sağ qalıb, ancaq sürücü aldığı 3 güllə yarasından hadisə yerində ölüb.

Hadisəni araşdıran müstəntiqlər əvvəlcə “Staşinyanın” sifarişli qətli cəhdi versiyasına üstünlük veriblər. Biznesmen deyib ki, o, Çindən Rusiya bazarına mal gətirir və işləri yaxşı getdiyindən rəqibləri onu aradan götürməyə çalışır. Lakin biznesmenin qurduğu tamaşa əməliyyatçılar üçün o qədər də inandırıcı olmayıb. Onlar müəyyən ediblər ki, biznesmen hadisəyə bir gün qalmış şəxsi mühafizəçilərindən imtina edib, sürücüsünü firmada başqa vəzifəyə keçirib və yeni sürücü işə götürüb.

Habelə ekspertiza müəyyən edib ki, atəş açılarkən biznesmen maşında olmayıb və sürücünün qanı onun üstünə sıçramayıb. Hərçənd ki, biznesmen hadisə zamanı maşında olduğunu və sürücünün yanında oturduğunu demişdi. Nəticədə müəyyən olunub ki, biznesmen killer tutaraq sürücünü güllələdib və bununla da özünə qarşı sui-qəsd görüntüsü yaradıb. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəhbərinin köməkçisi Olqa Vradiy deyib ki, biznesmenə qarşı qətl ittihamı ilə cinayət işi qaldırılıb, onun həbsi məsələsi həll edilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Amerika ordu komandanı: “Biz gələnə qədər ruslar Baltik ölkələrini tutacaq…”

%d bloqqer bunu bəyənir: