Loading...
Loading...

Azərbaycandan küsüb, xarici ölkələrdə uğur qazanan idmançılarımız – ARAŞDIRMA

Dünən Rio Olimpiya Oyunlarında qızıl medal qazanan həmyerlimiz Nicat Rəhimovun tarixi uğurundan sonra ölkəmizdə ən çox müzakirə olunan məsələ idmançılarımızın nəyə görə Azərbaycan bayrağı altında deyil, başqa ölkələrdə uğur qazanmasıdır.

Çoxları bunu federasiyalarda tapşırıqların olması, “dayday”ı olmayan idmançının önə gedə bilməməsi, bəziləri isə idmançılardan rüşvət tələb olunmasıyla əsaslandırıb. Təəsüüf ki, Rio Olimpiya Oyunlarında 1 həftə geridə qalsa da, hələ də idmançılarımız qızıl medala həsrətdir, əvəzində isə ölkəmizdən küsüb gedən 23 yaşlı Nicat artıq qızıl medallara sahiblənib.
Azxeber.com məsələnin aktuallığını nəzərə alıb Azərbaycandan gedib, xarici ölkələrdə uğur qazanan idmançılarımızla bağlı kiçik araşdırma aparıb.
Ramil Quliyev — 29 may 1990-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycanlı yüngül atletdir. 
Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. O təsnifat mərhələsində 20.78 nətucə göstərərək 1/4 finala adlayıb. 1/4 finalda isə 20.66 nəticə ilə 5-ci oldu və mübarizəni dayandırıb.
Bu Olimpiya Oyunlarından sonra onun karyerasında maraqlı hadisələr baş verir. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etdi. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində bir mənalı qarşılanmadı. Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunları buraxmalı oldu.
2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazandı. 2015-ci ildə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medal qazandı.
2015-ci ildə Ramil Quliyev 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıtdı. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən Ramil Quliyev bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona qayıtdı. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmaq idi. Amma bu elədə yüngül deyildi. Onun yarışlarında Yamaykalı Useyn Bolt əsas favoritdir. Ramil Quliyev 200 m. Təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O 20.11 nəticə ilə 6-cı yeri tutdu. Amma buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Ramil bu il Rio Olimpiya Oyunlarında qardaş Türkiyəni təmsil edəcək.
Kamandar Məcidov — azərbaycanlı güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu.
1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur.
1983-cü ildən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə “Gənclərin Ümumittifaq yarışları-82”-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.
1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov “Əməkdə fərqlənməyə görə” medalına və “SSRİ-nin əməkdar idman ustası” adına layiq görülmüşdür. Kamandar 1988-ci ildə olimpiya oyunlarında qızıl medal qazanmışdır.
Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir. Güləş üzrə Belarusiya yığma komandasının məşqçisidir.
İlqar Məmmədov – Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı; komanda hasabında ikiqat olimpiya çempionu (1988, 1996), SSRİ əməkdar idman ustası; komanda hesabında 1989 -cu il dünya çempionu, dördqat Avropa çempionu, dəfələrlə SSRİ və Rusiya çempionu. 
İlqar Məmmədov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Zİyalı ailəsində böyümüşdür. 11 yaşına qədər musiqi ilə məşğul olmuşdur. 11 yaşından qılınc oynatma ilə məşğul olmağa başlamışdır. Rapira ilə qılınc oynatma üzrə əməkdar idman ustasıdır. 1987-ci ildə Rusiyaya köçmüş, MOİK idman cəmiyyətində ikiqat olimpiya çempionu Mark Midlerin rəhbərliyi ilə məşqlərə başlamışdır. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medala sahib olmuşdur. 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarıbda Rusiyaya qızıl medal qazandırmışdı. 1999-cu ildən məşqçi fəaliyyətinə başlamışdır. Bir qədər sonra ABŞ-na köçmüş, bir müddət orda yaşadıqdan sonra geri dönmüşdür. İlqar Məmmədov hazırda Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi postunda çalışır.
Və nəhayət Nicat Rəhimov…
Nicat Rəhimovun 2 gündən sonra (13 avqust) 23 yaşı tamam olacaq. O 1993-cü il Bakı şəhərində anadan olub. Nicat 2010-cu ilin may ayında İspaniyanın Valensiya şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutaraq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazandı.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında birdən qaldırmada 134 kq çəkinin öhdəsindən gələn idmançı, təkanla 161 kq çəkini ram edib. Hər iki yanaşmada bütün rəqiblərini qabaqlayan Rəhimov ümumi nəticədə 295 kq qaldıraraq, Olimpiya çempionu adına layiq görülüb[
Hələ 2014-cü ildə mətbuatda “Azərbaycanlı atlet ölkəni tərk etdi” başlığı ilə xəbərlər dərc edilirdi. N.Rəhimovun özü və atası Əli Rəhimov jurnalistlərlə əlaqə saxlayaraq, onlara qarşı çoxlu sayda haqsızlıqların edildiyini deyirdilər.
Nicat 2 il öncəki açıqlmasında millinin düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olduğunu demişdi: “ Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var. O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.
Nicat Rəhimovun atası Əli Rəhimov da tanınmış idmançı olub. Rəhimovların Azərbaycanı tərk etməsinin bir digər səbəbi də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərovun Əli Rəhimov haqqında dediyi sözlər olmuşdu. Belə ki, İsgəndər Əsgərov idmançının atasını çörəkbişirən adlandırmışdı:
“Nicatın şəxsi məşqçisi onun atasıdır. Atası isə çörəkbişirəndir. Ancaq Zlatan peşəkar məşqçidir. Peşəkarlarla işləmək istər olimpiya, istərsə də digər yarışlarda idmançıları qızıl medala daha da yaxınlaşdırır. Əgər yarışlarda qalib olmaq istəyirsənsə, çətinliyə dözməlisən, dərmanlarla məşq etməməlisən. Nicat və onun kimilər bunu qəbul etmək istəmir. Bizim məqsədimiz isə Olimpiya oyunlarında daha çox qızıl medal əldə etməkdir” – deyə, İ.Əsgərov bildirib.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov bir müddət sonra Federasiya prezidenti və yaxın qohumu, AZAL rəhbəri Cahangir Əsgərov tərəfindən tutduğu vəzifədən azad edilmişdi
Bütün bunlardan sora millini tərk edən N.Rəhimov dünən Qazaxıstan bayrağı altında iki hərəkətin cəmində 379 kq (165+214) nəticə göstərərək, dünya rekordu da qırıb və olimpiya çempionu olub.
Qeyd edək ki, Nicatın bu uğuru ilə təkanla qaldırmada 14 ildir ki yenilənməyən dünya rekordu (210kq) və olimpiya rekordu(207kq) yenilənmişdir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Qarabağ” ilk qələbəsini qazandı

%d bloqqer bunu bəyənir: