Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycandan Ermənistana adekvat cavab: “Müharibə başlasın”

Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına razılıq verib və layihə parlamentə göndərilib.

Belə ki, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib.

Qeyd edək ki, rəsmi Bakı “DQR”in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib.

ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı Cebhe.info-ya deyib ki, Ermənistan bu addımı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc və danışıq yolu ilə həll edilməsi məsələsini başa çatdırıb:

“Ona görə də Azərbaycan tərəfi də danışıqları dərhal dayandırmalıdır. Minsk Qrupunun fəaliyyəti dayandırılmalıdır. Azərbaycan hərbi yolla ərazilərini Ermənistanın işğalından azad etmə istiqamətində addımlar atmalıdır. Buna görə də bütün beynəlxalq hüquq ona bu məsələdə dəstək olmalıdır. Eyni zamanda Azərbaycan hökuməti Azərbaycan vətəndaşlığını qəbul edən Dağlıq Qarabağda yaşayan ermənilərin də vətəndaşlıq hüquqlarına təminat verəcəyini beynəlxalq müstəvidə öhdəliyinə götürməlidir. Bundan sonra Ermənistanla hər hansı danışıqlara ehtiyac yoxdur. Azərbaycan dərhal müharibəyə başlamalıdır. Qarabağ üzərində Ermənistanın heç bir mənəvi haqqı yoxdur.

Dağlıq Qarabağ nə müstəqil, nə də Ermənistanın daxilinə qəbul edilən bir qurum kimi tanınacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi qeydiyyatdan keçib. Kimin harada yaşaması o demək deyil ki, etnik qrup yaradılacaq. Onda gərək Rusiya yüz yerə parçalansın. Dünyanın elə bir yeri yoxdur ki, orada kompakt etnik qrup yaşamasın. O demək deyil ki, Dağlıq Qarabağda ermənilər yaşayırsa, onlar mənsub olduqları xalqın ərazisinə iddia etməlidir. Bu, dünyada çox təhlükəli və yalnış bir hadisə yarada bilər və beləliklə dünya müharibəsinə zəmin yaranar”.

Sərdar Cəlaoğlu hesab edir ki, Azərbaycan tərəfi Ermənistanın bu addımına qətiyyətlə cavab verməlidir:

“Alternativ olaraq Azərbaycan tarixi torpaqlarını da bununla qazanmış olacaq. İrəvanın da qaytarılması istiqamətində Azərbaycan atdığı addımda mənəvi haqq qazanacaq. Çünki 1921-ci ildə Dağlıq Qarabağa bir şərtlə muxtariyyat statusu verilmişdi ki, əvəzində Zəngəzur torpaqları Ermənistana verilsin. Ermənistan bir daha Azərbaycan torpaqlarına iddia etməsin deyə öhdəlik götürüb. Bu gün Azərbaycan o ərazilərə iddia edirsə, həmin müqavilə qüvvədən düşmüş hesab olunur. Zəngəzur, Göyçə və Yerevan mahallarının da Azərbaycana qaytarılması artıq hüquqi vəziyyət yaradır. Ona görə də Azərbaycan bunu mütləq xatırlatmalıdır ki, Ermənistana o vaxt bu əraziləri ona görə güzəştə getmişik ki, onlar bir daha ölkəmizə qarşı ərazi iddiaları etməsinlər. Əgər ərazi iddia edirlərsə, onda mütləq o torpaqları Azərbaycana qaytarılmalıdır”.

AXCP-nin sədr müavini Cavid Musazadə isə qeyd edib ki, Azərbaycanın atacağı adekvat addım qərarını təbii ki, hökümət verəcək:

“Əslində parlamentdə müxalifətçilər təmsil olunmadıqlarına görə qərarları sadəcə ehtimal edə bilərik. Qarabağla bağlı olan məsələ Ermənistanın yox, Rusiyanın planlarıdır. Separatçı rejimlər tərəfindən Rusiya mərkəzlərindən qopan dövlətlərdə, Qafqaz bölgəsində olan dövlətlərin hər birində Qarabağa oxşar problemlər yaranıb. Bir sözlə, Rusiya separatçı rejim vasitəsilə dövlət formalaşdırır. Dağlıq Qarabağ da həmin məsələlər sırasına daxil olan əməliyyatdır. Ermənistanın məlum formatı müəyyən etməsində Rusiyanın siyasi dəstəyi var. Azərbaycan buna adyekvat olaraq ilk növbədə BMT qətnamələrinin icrasına dair beynəlxalq aləmə müraciət etməlidir. Bunu təkid etməlidir ki, BMT qətnamələri icra olunsun. ATƏT-in Minsk Qrupu buraxılsın”.

Partiya yetkilisinin fikrincə, Ermənistan belə bir qərar veribsə, Azərbaycanın müharibədən başqa yolu yoxdur:

“Beynəlxalq Konvensiyalara görə, 25 ildən artıq torpaqlar işğaldan azad olunmursa, işğal etmiş tərəfə hüquqi idarəçilik üçün dəstək verilir. Bu səbəbdən Azərbaycan Türkiyə ilə hərbi müqavilələrini bağlamalıdır. Ən azı buna qarşılıq Türkiyə Azərbaycana texniki yardım müqaviləsi imzalamalıdır. Bu özü o məsələyə cavab xarakteri daşıyar. Dildə bu məsələ müzakirə olunsa da, əməldə bu görünmür. Əməldə bunu təsdiqləmək lazımdır. Həmçinin Azərbaycan müharibə vəziyyətinə girərsə, Türkiyə ilə bunun hüquqi əsası olmalıdır ki, qardaş ölkə Azərbaycana dəstək versin. Azərbaycan artıq torpaqlarını hərbi yolla azad etmək üçün müharibəyə hazır olmalıdır. Prezidentin “Vətəndaş modeli” bu məsələlərə bir nümunədir. Bütün bunlarla yanaşı ölkədə ictimai birlik nümayiş olunmalıdır. İctimai rəy, siyasi təşkilatlar və partiyalar hamısı bu məsələdə yumruğu bir yerə vurmaqla birləşməlidir. Bu mənada AXCP-nin Vahid Qərar Şurasının yaradılması ilə bağlı təklifi önəm daşıyır”.


Cebhe.info

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycan Dağlıq Qarabağla əlaqədar yeni qanun qəbul edə bilər

%d bloqqer bunu bəyənir: