Loading...
Loading...

Azərbaycandakı bu məktəbdə heç kim işləmək istəmir – FOTO

quba_qrizFotoqraf Elmar Əzimlinin Quba rayonunun Qrız kəndindəki məktəbdən dərs vaxtı çəkdiyi bu fotoşəkil sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Təhsilin inkişafı üçün addımların atıldığı bir zamanda belə bir daxmada şagirdlərə dərs keçilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Quba Rayon Təhsil şöbəsinin müdiri Ramal Müslümov Modern.az-a açıqlamasında bildirib ki, Qrız Qubanın dağlıq kəndidir və orada şərait çətin olduğu üçün gediş-gəliş həmişə mümkün olmur.

“Həmin məktəb binası 1936-cı ildə tikilib. Sovet vaxtı sovxozun mədəniyyət binası olub, sonradan məktəbə verilib. Orda 27 uşağa dərs keçilir, 5-6 otaqlı bir binadır. Qrız kənd orta məktəbi daxil olamqla qəzalı vəziyyətdə olan 28 təhsil ocağımız var və onların təmiri nəzərdə tutulub. Bu il üçün Qrız kənd orta məktəbinin təmiri dövlət proqramına salınıb. Məktəb 9 illikdir”.

Şöbə müdiri şagirdlərin dərsə davamiyyəti məsələsini əhalinin köçəri maldarlıqla məşğul olması ilə alaqələndirib.

“Dağ kəndidir və orada qalmaq, gedib-gəlmək çətindir. Rayon mərkəzindən 55 km uzaqlıqdadır. Məktəbdə müəllim çatışmazlığı var. Ora imtahanla başqa yerlərdən müəllim kimi işləməyə gələn 3 nəfər bir gün qaldıqdan sonra çıxıb getdi. Heç kim orada işləmək istəmir. Məktəbin direktoru da yoxdur. Müvəqqəti olaraq məktəbə 70 yaşlı Əliheydər Seyidov rəhbərlik edir. Heç kim bu kənddə işləməyə gəlmək istəmir, səbə isə şəraitin çətinliyidir”, – deyə şöbə müdiri vurğulayıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Eldəniz Quliyevdən jurnalistlərə çağırış

%d bloqqer bunu bəyənir: