Loading...
Loading...

Azərbaycanda yol qırğını: 8 nəfər öldü

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər həyatını itirib.

Lent.az-ın məlumatına görə, gün ərzində Bakının Xəzər, Xətai və Sabunçu rayonlarında, eləcə də İmişli, Şəmkir, Göyçay və Lənkəranda ölümlə nəticələnən yol qəzaları baş verib.

Bakının Xəzər rayonunda minik avtomobilinin əvvəlcə piyadanı vurub sonra avtobusa çırpılması 2 nəfərin həyatına son qoyub. Sabunçu, Xətai və İmişli rayonunda da piyadalar qəzanın qurbanı olub. Lənkəranda iki avtomobilin toqquşması nəticəsində ağır yaralanan qadın xəstəxanada ölüb. Göyçayda avtomobilin iribuynuzlu heyvanlara çırpılması, həmçinin Şəmkirdə minik avtomobilinin aşması da sürücülərin ölümünə səbəb olub.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda qadınlar əlbəyaxa oldu

Loading...
%d bloqqer bunu bəyənir: