Loading...
Loading...

“Azərbaycanda xarici donorlarla bağlı vəziyyət acınacaqlıdır”

Azərbaycanda qrant verən xarici donorlar ilə bağlı vəziyyət acınacaqlıdır, İqtisadi Araşdırmalar Mərkəzinin (İAM) rəhbəri Qubad İbadoğlu belə hesab edir.

Q.İbadoğlu Turan-a müsahibəsində deyib ki, sərt qaydalar xarici donorları qorxudur.

İlk növbədə xarici donor Azərbaycanda qeydiyyatdan keçməlidir. Bu qaydalardan öncə Azərbaycan QHT-ləri ilə işləyən xarici donorların heç biri bizdə dövlət qeydiyyatından keçmək istəyində deyil”, – Q.İbadoğlu vrğulayıb.

O qeyd edib ki, xarici qrantların olmaması fonunda QHT-lər üçün yeganə mənbə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır.

Dövlət Şurası ildə iki dəfə qrant verir. Hər dəfə 300-400 QHT öz layihələrinə görə qrant alır. Lakin çox sayda QHT var ki, müxtəlif səbəblərdən bunda iştirak etmir.

Bəzi QHT-lərin dövlət qeydiyyatı yoxdur, bəziləri isə Ədliyyə Nazirliyinin verdiyi reyestrdən çıxarışı almayb, digərlərinin bank hesabları həbsdədir.

“Qeydiyyat baxımından qaydasında olan QHT-lər var ki, onlar prinsipial olaraq Dövlət Şurasına müraciət etmirlər, dövlətdən qrant almaqdan imtina edirlər. Çünki bu, əslində qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə ziddir”, – Q.İbadoğlu bildirib.

Son iki ildə QHT-lərə təzyiqlərə toxunan İAM rəhbəri deyib ki, mühakimə edilmiş QHT rəhbərləri azad edilsə də, QHT hesablarına həbslər əsasən götürülsə də vəziyyət dəyişməyib.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Bakıdakı banklarda dollar və avro ajiotajı

Loading...
%d bloqqer bunu bəyənir: