Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda xərçəng xəstəliyi niyə “cavanlaşır”?

Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb. 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. İlk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub. Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. 2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Ötən il bu diaqnozun qoyulduğu uşaqların 66-sı oğlan, 47-si qız olub.

24saat.org deyerler.org-a istinadən bildirir ki, professor Adil Qeybulla deyib ki, bu gün onkoloji xəstəliklərin artması tendensiyası getdikcə artmaqdadır: “Dünyanın bir çox ölkələri onkoloji xəstəliklərin artmasını rəsmi rəqəmlərlə göstərir. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Bu prosesin kökündə təbii ki, ilk növbədə qəbul edilən qidalarda tərkibində kanserogen maddələrin çoxluğu ilə bağlamaq olar. Ölkədə qida təhlükəsiziliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi qəbul edilməlidir. Amma təəssüflər olsun ki, qida təhlükəsizliyi prosesi ölkədə ən aşağı yerlərdən birini tutur. Onkoloji xəstəliklərə tutulanların yaşının cavanlaşması isə məhz uşaq qidalarının tərkibinin daha çox qatqılara məruz qalmasından irəli gəlir. Bu gün əksər uşaqlar ana südü ilə deyil, əlavə qidalarla qidalanır. Ümumiyyətlə onkoloji xəstəliklərin artması prosesi çox ciddiyə alınası bir mövzudur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu durum davam etsə xərcəng xəstəliyinə tutulanların yaşı çox cavanlaşacaq: “Ölkə başçısı 2015-2020-ci illərdə Azərbaycanda qeyri-ifeksion xəstəlikləri ilə mübarizə haqqında sərəncam imzalayıb. Artıq məlumdur ki, xəstəliklərin 50%-i qeyri-infeksion xəstəliklərdir. Bu xəstəliklərin də mənbəyini ilk növbədə qeyri-sağlam qida, qeyri-sağlam həyat tərzi və tütün istifadəsi təşkil edir. Bu sərəncama görə, Azərbaycan hökuməti 2020-ci ilə qədər tütündən istifadəni 10% azaltmağı qarşısına məqsəd kimi qoyub. Bu cür sərəncamın fonunda Səhiyyə Nazirliyi Şəkidə təhlükəli filtirsiz siqaretin satışna gigiyenik sertifikat verib. Mən bu siqaretləri xaricdə ekspertizadan keçirtdim və məlum oldu ki, bu siqaretlərin tərkibində normadan qat-qat artıq təhükəli maddələr var. Bu siqaretlərin də qiyməti çox ucuzdur. Şəkidən valideynlər şikayət edirlər ki, 45-50 qəpiklik siqaret uşaqlar üçün əlçatandır. Kiçik yaşlı uşaqlar da bu siqaretlərdən istifadə edir və bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Ölkə başçısının imzaladığı sənəddə qeyri-infeksion xəstəliklərin azaldılması üçüm qida amili nəzərdə tutulub. Amma ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Son 6 ayda ümumiyyətlə biznes qurumları heç bir dövlət sənədlərinə əməl etmədən istədikləri məhsulu bazara çıxardır. Belə bir durumda insanların qidadan tədrici zəhərlənməsi baş verir. Bu durumda təbii ki, insanlar öz həyatlarını riskə atmış olurlar. Bu durum davam etsə xərcəng xəstəliyinə tutulanların yaşı çox cavanlaşacaq”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycanda oturacaqsız dayanacaqlar – VİDEO

%d bloqqer bunu bəyənir: