Loading...
Loading...
62297.jpg

Azərbaycanda uşaq əməliyyatdan yarımcan çıxıb, ana intihara cəhd edib – FOTOLAR

Valideynlər Diaqnoz Tibb Mərkəzini məhkəməyə verib haqqını tələb edirlər
Əməliyyatı aparan Cərrah “Bizim Yol”a danışdı: Onlar doğru demirlər”

Boğaz ətinin götürülməsi əməliyyatından sonra həyatı təhlükə altında olan 7 yaşlı Nihad Bağırzadənin valideynləri Diaqnoz Tibb Mərkəzini məhkəməyə veriblər.
“Bizim Yol”-a danışan Rəşad Bağırov bildirib ki, övladını 2 iyun 2014-cü ildə Diaqnoz Tibb Mərkəzində müayinə nəticəsinə uyğun olaraq adenoid 3-cü dərəcə (boğaz ətinin kəskin iltihablaşması) diaqnozu ilə əməliyyat etdirmək məcburiyyətində qalıblar: “Əməliyyatın icraçısı isə tibb mərkəzinin “Burun-boğaz-Qulaq və estetik” cərrahı Qənbər Qocayev olub. Q.Qocayev cadəcə valdeyinlərin razılığı alınmaqla əməliyyatın həyata keçirilməsini məqsədə müvafiq hesab edib. Həkimin tövsiyəsinə uyğun olaraq övladının gələcəyinə dəyər verən valdeyinlərdə razılaşıb”.
R.Bağırovun sözlərinə görə, boğaz ətinin götürülməsi əməliyyatından sonra azyaşlının həyatı təhlükə altına düşüb: “Əməliyyatdan qısa müddət sonra balaca Nihadda qanaxma başlayıb, tənəffüsü çətinləşib, uşaq ağır vəziyyətdə Diaqnoz Tibb Mərkəzinə çatdırılıb. Q.Qocayev tərəfindən edilən ilkin tibb müdaxilələrdən sonra ambulator qaydada müalicə təyin edilib. Təyin edilmiş müalicə kursundan heç bir fayda görməyən Nihadın vəziyyəti günbəgün çətinləşib”.
Belə ki, onun nəfəs alması xeyli çətinləşib, boyunda və başda şiddətli ağrılar meydana gəlib.
Övladının hazırkı durumundan müfəssəl agah olmaq istəyən valideyinlər Baku Medical Plazada onun müayinəsini həyata keçirdiblər. Müayinənin nəticəsinə görə adenoid əməliyyatı nəticəsində boğaz sistemi (udlaq, dilçək, yumuşaq damaq) həddən artıq deformasiyaya uğrayıb. Cərrahi travma nəticəsində övladını itirmək təhlükəsində olduğunu biləndə Nihadın anası Elnarə Bağırova intihara cəhd edib.
Nihad Bağırzadənin həyatının xilas edilməsi naminə çarəsiz ailə dərdinə çarəsini Türkiyədə axtarmağa çalışıb. Bu ölkədə həyata keçirilən interval müddətli əməliyyata sərf edilən külli miqdarda maliyyə vəsaitinə baxmayaraq Nihadın əvvəlki vəziyyəti bərpa olmayıb, lakin həyati təhlükəsi sovuşub.
“Əməliyyatdan sonrakı diaqnoz “nazofarengeal stenoz” (udalaq darlığı) olub. Qənbər Qocayev israrla qeyd edir ki, stenoz ağırlaşması onun əməliyyatının nəticəsi deyil. Onun sözlərinə görə, bu əməliyyatlar sırasında stenozun baş verməsi mümkün deyil, əməliyyatdan sonra daha da boğaz genişlənir.
Bizə mənəvi və maddi zərər dəyib. Biz həkimlə hüquq müstəvisində mübarizə aparmağı qərar aldıq. Xətai Rayon Məhkəməsinin sorğusu  əsasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası, Patoloji Anatomiya Birliyinin Ekspert Həkimlərdən təşkil olunmuş qrupun verdiyi rəyə əsasən həqiqətən Diaqnoz Tibb Mərkəzində həyata keçirilmiş əməliyyatdan sonra Nihad Bağırzadə “nazofarengeal stenoz” (udlaq darlığı) travmatik ağırlaşma  durumuna düçar olub”,-deyə valideyn R.Bağırov bildirib.
Bağırovlar ailəsinə əməliyyat və digər məsrəflərlə birgə 73000 manat dəyərində ziyan dəyib. Buna baxmayaraq kompromisə gedərək yalnız mənəvi ziyandan imtina edib. Yeganə istək Nihadın sağlamlığının bərpa edilməsidir.
R.Bağırov deyir ki, Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi tərəfindən Nihadın sağlamlığının bərpası ilə bağlı ölkə xaricində zəruri addımlar atılmasına dair razılıq mümkündür. Əsaslı müalicənin yeganə mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşir. Almaniyada isə müalicənin nəticəsinə təminat yalnız 60 faiz dəyərində qiymətləndirilməklə, 45000 avro səviyyəsində dəyərləndirilib. Nihad Bağırzadə bu gün Mərkəzi Klinikanın Uzman həkimi, Burhan Dadaşın nəzarəti altındadır.
Xətai rayin Məhkəməsi Bağırovlar ailəsinin Diaqnoz Tibb Mərkəzinə qarşı qaldırdığı iddianı təmin etməyib. Bu qərardan apellyasiya şikayəti verilib.
Oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılacaq.
Diaqnoz Tibb Mərkəzinin urun-boğaz-qulaq və estetik cərrahı Qənbər Qocayev “Bizim Yol”-abildirdi ki, o Bağırovlar ailəsinin iddiasını qəbul etmir: “R.Bağırovun dedikləri həqiqəti əks etdirmir. Ona görə də, məhkəmə onun iddiasını təmin etmədi”.
Ramid İBRAHİMOV 

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Eldar Mahmudov Artur Rəsizadəyə necə meydan oxuyub?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: