Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda təhsil alan qızın həmvətənlərimizlə bağlı utancverici statusu

Paytaxt Bakıda gün ərzində onlarla əcnəbi insanla qarşılaşırıq. Ölkəyə turist, yaxud da təhsil almaq üçün gəlmiş bu şəxslər hər zaman xalqımızın qonaqpərvərliyini, mehribanlığını yükəsk qiymətləndirir. Amma təəssüflər olsun ki, bəzi şəxslərə görə bizim haqqımızda mənfi münasibət formalaşır.

Sosial şəbəkələrdə zaman-zaman əcnəbi tələbələr statuslar paylaşaraq bəzi gənclər tərəfindən tənqid olunduğunu yazıb. Bizim “qonaqpərvər” gənclərimiz əcnəbilərin azərbaycanca başa düşmədiyini hesab edib onları təhqir edir. Bu isə nəticədə xalq üçün mənfi münasibətin formalaşmasına gətirib çıxarır.
Elə Azərbaycanda təhsil alan bu mozambikli qıza qarşı edilən kimi. Qafqaz universitetinin tələbəsi Şakiro İssufo küçədə gedərkən ona qarşı edilən kobud hərəkətlərlə bağlı sosial şəbəkədə yazıb.
“Mən hər zaman nə vaxt şəhərə çıxsam insanlar mənə qəribə baxır. Mənə pis sözlər deyirlər. Mən onların dilini başa düşmrüəm deyə fikirləşirlər. Bəziləri mənə qara qız deyir, meymun deyirlər, tüpürürlər”, – əcnəbi tələbə azərbaycanlıların ona münasibəti haqqında yazıb.
interaztv.com

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Təhsil Nazirliyi xaricdə oxuyan tələbələrə müraciət etdi – VİDEO

%d bloqqer bunu bəyənir: