Loading...
Loading...

Azərbaycanda sement istehsalı kəskin azalıb

Bu ilin beş ayında Azərbaycanda sement istehsalı 30,3% azalıb. Bu, ilk növbədə işgüzar aktivliyin və iqtisadiyyata dövlət investisiyalarının azalması ilə bağlıdır.

Yanvar-mayda sement istehsalı 829 min ton təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə beton zavodları 177 min ton beton qatışığı istehsal edib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 60% azdır.

Sementə tələbatın azalması sement yarımfabrikatı klinkerin idxal həcminə də təsir edib. Hazır məhsul nəzərə alınmaqla 140,5 min ton sement məhsulu idxal edilib. Bu, 2015-ci ilin eyni dövrünün göstəricisindən 55% azdır.

Azərbaycanda istehsal edilən klinkerin bir hissəsi Gürcüstana ixrac edilir. İdxal və ixrac eyni qiymətədir – tonu 46,6 dollar.

Azərbaycanda əsas sement istehsalçıları “Norm” MMC, “Qazax Sement” MMC və “Holcim (Azerbaijan)” ASC-dir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Fermerlərin bazar dərdi bitmir

%d bloqqer bunu bəyənir: