Loading...
Loading...

Azərbaycanda qiymət artımı gəlirlərin artımını üstələyir

Azərbaycanın istehlak bazarında qiymətlərin bahalaşması prosesi bu ildən əhalinin gəlirlərinin artması tempini üstələməyə başlayıb və bu fərq hər ay daha da genişlənir. Fins.az rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, yanvar-iyun aylarında illik inflyasiya əhalinin gəlirlərinin artmasını 2,1 faiz bəndi, adambaşına gəlirləri isə 3,4 faiz bəndi üstələyib.

Belə ki, 2016-cı ilin birinci yarısında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,4% artaraq 21 493,9 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 236,5 manat və ya ayda 372,8 manat təşkil edib. İyun ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,5% ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 10,5% bahalaşıb.

Tarix İllik inflyasiya, % Əhalinin
gəlirlərinin artımı, %
Adambaşına
gəlirin artımı, %
İnflyasiya ilə gəlirin
artımı arasında
fərq, faiz bəndi
İnflyasiya ilə adambaşına
gəlirin artımı
arasında fərq, faiz bəndi
2016-cı il
Yanvar-iyun 10,5 8,4 7,1 2,1 3,4
Yanvar-may 10,4 8,3 7,0 2,1 3,4
Yanvar-aprel 10,5 9,0 7,7 1,5 2,8
Yanvar-mart 10,8 9,0 7,7 1,8 3,1
Yanvar-fevral 11,7 10,2 9,0 1,5 2,7
Yanvar 13,6 12,1 10,8 1,5 2,8
2015-ci il
Yanvar-dekabr 4 5,7 4,5 -1,7 -0,5
Yanvar-noyabr 3,7 5,7 4,4 -2 -0,7
Yanvar-oktyabr 3,7 5,7 4,4 -2 -0,7
Yanvar-sentyabr 3,7 5,8 4,5 -2,1 -0,8
Yanvar-avqust 3,8 5,9 4,6 -2,1 -0,8
yanvar-iyul, 3,7 6,4 5,1 -2,7 -1,4
Yanvar-iyun 3,5 6,2 4,9 -2,7 -1,4
Yanvar-may 3,4 5,8 4,5 -2,4 -1,1
Yanvar-aprel 3,1 5,7 4,4 -2,6 -1,3
Yanvar-mart 2,8 5,3 4,0 -2,5 -1,2
Yanvar-fevral 2,0 5,0 3,7 -3,0 -1,7
Yanvar 0,2 5,5 4,2 -5,3 -4,0

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“S&P”-dən Azərbaycana “neqativ” xəbər

Loading...
%d bloqqer bunu bəyənir: