Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycanda qadınlar ərlərindən qorxurlar…” – xarici fotoqraf

Gözəlliyin hər yerdə olduğunu sübut etmək üçün dünyanı gəzib “Gözəllik atlası” foto-layihəsini həyata keçirən rumıniyalı fotoqraf Mihaela Noroc bir neçə həftə əvvəl Azərbaycanda da olub. “Qafqazinfo” xəbər verir ki, azərbaycanlı gənc qızın fotosunu paylaşan fotoqraf paytaxt Bakını gəzərkən xeyli sayda gözəl qadınla söhbətləşdiyini bildirib:

“Bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda idim. Bu zaman xeyli gözəl qadınla söhbətləşmək imkanım oldu. Qadınlar gözəl olsa da, çoxu həyat yoldaşından icazə almadığı üçün şəkil çəkdirə bilməyəcəyini dedi. Burada kişilərin sözü keçdiyi üçün, qadınlar həyat yoldaşlarından qorxurlar. Hazırda ölkədə qadınlar gender bərabərliyi üçün mübarizə aparır və qalib gələcəklərinə də əminəm”.
Fotoqraf daha sonra qeyd edib ki, dünyada bir çox ölkə gəzib və qadın-kişi bərabərsizliyinin hökm sürdüyü xeyli sayda yer görüb. Və həmin ölkələrdə vəziyyət daha çətindir. Azərbaycanda isə həmin ölkələrdən fərqli olaraq vəziyyət yaxşıya gedir, qadınlar öz haqları üçün mübarizə aparmağı bacarırlar:
“Azərbaycanda qadın və kişilərin hüquqları eynidir və bu, qanunlar vasitəsilə idarə olunur. Ancaq əfsuslar olsun ki, bütün bunlara baxmayaraq həyat yoldaşından icazə almamış şəkil çəkdirməkdən qorxanlar var. Mən qadınları haqlarını müdafiə etməyə təşviq edirəm və səyahətimin də əsas səbəbi budur”.
Mihaela Dənizkənarı Milli Parkda fotosunu çəkməyə razılıq alan Fidan haqqında bu sözləri yazıb:
“Fidan cinsi bərabərlik və ən əsası da qarşılıqlı hörmət olmadığı təqdirdə bir münasibətə başlamayacağını dedi”.
Fotoqraf Fidanın fotosunu dünən paylaşsa da, sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, şəkli bir gün ərzində 38 min adam bəyənib, 2000 dəfə paylaşılıb. Bu rəqəmlərə görə də, foto layihənin rəsmi səhifəsində ən çox bəyənilən paylaşımdır. Fotoda çəkilən azərbaycanlı Fidan Babayeva 1995-ci il təvəllüddür. Əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Kooperasiya Universitetində təhsil alır.
Onu da qeyd edək ki, fotoqrafın Azərbaycan haqqındakı fikirləri birmənalı qarşılanmayıb. Şərqdə ilk dəfə qadınlara seçki hüququnun məhz Azərbaycanda verildiyini xüsusi qeyd edən şəbəkə istifadəçiləri fotoqrafın fikirlərini qərəzli hesab edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qadın hərbçilərin şalvardan istifadəsinə icazə verilməsi nəyi dəyişəcək?

%d bloqqer bunu bəyənir: