Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda Özəl Kredit Bürosu yaradıla bilər

Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib.

Palatanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib.

 

Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.

 

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya banklarının nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. Qeyd edilib ki, texniki partnyor olaraq İslandiyanın “Creditinfo” şirkəti seçilib.

 

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.

 

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

İranın Ermənistana qaz ixracının həcmi üç dəfə artacaq

%d bloqqer bunu bəyənir: