Loading...
Loading...

Azərbaycanda nə qədər sosial müavinət alan var?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinət alanalrın sayını açıqlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, hazırda 364 min nəfər aylıq sosial müavinətlə təmin olunur. Onlardan 40,1 faizi əlilliyə, 4,1 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə görə aylıq sosial müavinət alır. Həmçinin aylıq sosial müavinət alanlardan 19,2 faizi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 13,4 faizi müharibə veteranlarıdır. Beşdən çox uşağı olan qadınların, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarının, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqların hər birinə görə də aylıq sosial müavinət ödənilir.

Müvafiq kateqoriyalardan olan digər şəxslər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinətlə təmin edilirlər.

Bununla yanaşı, uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid insanlara birdəfəlik müavinətlər verilir. Cari ildə nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 60660 nəfər təşkil edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Yol polisinin sürücünü xidməti avtomobilə dəvət etməsi qanunidirmi?

%d bloqqer bunu bəyənir: